Gerş Budker () – nüvə fizikası və sürətləndiricilər fizikası üzrə ixtisaslaşmış sovet fiziki. Lenin mükafatı və SSRİ Dövlət mükafatı laureatı.

Bioqrafiyası 1941-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. 1946-cı ildən SSRİ Elmlər Akademiyasının 2 №-li laboratoriyasında (Atom Enerjisi İnstitunda) işləmişdir. SSRİ Elmlər Akademiyası Sibir şöbəsinin Nüvə Fizikası İnstitunun yaradıcısı və direktoru Novosibirsk Universitetinin professoru olmuşdur.

Əsas elmi əsərləri uran-qrafıt nüvə reaktorları nəzəriyyəsinə, sürətləndiricilərin nəzəriyyəsi və hesablanmalarına, yüksək enerjilər fizikasına, plazma fizikasına və idarəolunan termonüvə sintezi probleminə aiddir. Stabilləşdirilmiş relyativist elektron dəstəsinin yaranması şərtlərini hesablamışdır. 1952-ci ildə açıq maqnit tələlərində yüksəktemperaturlu plazmanın saxlanması ideyasını irəli sürmüşdür. Yüksək enerjilər fizikasının yeni istiqamətini qarşılaşan dəstələr metodunu işləyib hazırlamışdır. Onun rəhbərliyi altında ilk dəfə ölkədə qarşılaşan elektron-elektron və elektron-pozitron dəstələrinin sürətləndiriciləri qurulmuşdur. Ağır zərrəciklər dəstəsinin elektron soyudulması və qızmar plazmanın termoizolyasiyası üsullarını təklif etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:İxtiraçılar