– Yaponiyanın Gifu prefekturasının eyniadlı şəhərində yerləşən su muzeyi.

Tarixi Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur. Mühərrik otağı 2002-ci ildə su muzeyinə, nasos otağı isə 2005-ci ildə öyrənmə mərkəzinə çevrilmişdir.

Yerləşməsi Muzey Naqara çayının sol sahilində, Kaqamiiva su mənbəyinin yaxınlığında tikilmişdir.

Xüsusiyyətlər Naqara çayından yığılmış daşlardan tikilmiş muzey binası 2001-ci ildə yaxınlıqda yerləşən Su Təcrübəsi Öyrənmə Mərkəzi (keçmiş nasos otağı) ilə birlikdə maddi mədəni mülk elan olunmuşdur. Binanın uzunluğu 19,3 metr, eni 10,5 metrdir.

Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları, eləcə də, Kaqamiiva su mənbəyinin modeli, Kinka dağının topoqrafik xəritəsi sərgilənir. Muzeyə giriş pulsuzdur.

İstinadlar

Kateqoriya:2002-ci ildə yaradılmış muzeylər Kateqoriya:Gifu prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı su muzeyləri Kateqoriya:2002-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri Kateqoriya:Gifu