Şifada aviazərbə — 3 noyabr 2023-cü ildə İsrailin Qəzzəyə hücumu və Qəzzə şəhərini mühasirəyə alması fonunda İsrailin ağır yaralı xəstələri daşıyan və Şifa xəstəxanasından yola düşən təcili yardım konvoyuna aviazərbəsi. Hücum nəticəsində 15 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır. Konvoyun bir hissəsi olan Fələstin Qızıl Aypara Cəmiyyəti həlak olan 15 nəfərin hamısının mülki vətəndaş olduğunu bildirmişdir.

İsrail Müdafiə Qüvvələri (IDF) hava hücumunu həyata keçirdiyini etiraf etmiş, hücumda "HƏMAS" yaraqlılarının öldürüldüyünü, təcili yardım maşınlarından birinin "HƏMAS" personalını və silah-sursarını daşımaq üçün istifadə edildiyini bildirmişdir. "HƏMAS" hökumətinin bir hissəsi olan Qəzzə Səhiyyə Nazirliyi təcili yardım maşınlarının hərbi səbəblər üçün istifadə edilməsi iddiasını təkzib etmişdir. "Human Rights Watch" təşkilatı "təcili yardım maşının hərbi məqsədlər üçün istifadə edildiyinə dair sübut tapmadığını" əlavə etmişdir. "The Washington Post" videoları təhlil etmiş, silah və ya hərbi geyimdə olan şəxslərə dair heç bir dəlil tapmamışdır.

İstinadlar

Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:İsrailin müharibə cinayətləri Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər