Xarəzmlilər— qədim Xarəzm əhalisinin özəyini təşkil edən, Orta Asiyada daimi mövcudluğu eramızdan əvvəl I minilliyin ortalarından təsdiqlənmiş İran mənşəliC.E. Bosworth, «The Appearance of the Arabs in Central Asia under the Umayyads and the establishment of Islam», in History of Civilizations of Central Asia, Vol. IV: The Age of Achievement: AD 750 to the End of the Fifteenth Century, Part One: The Historical, Social and Economic Setting, edited by M. S. Asimov and C. E. Bosworth. Multiple History Series. Paris: UNESCO Publishing, 1998. excerpt from page 23: "Central Asia in the early seventh century, was ethnically, still largely an Iranian land whose people used various Middle Iranian languages. stock and they spoke an Eastern Iranian language called Khwarezmian. The famous scientist Al-Biruni, a Khwarezm native, in his Athar ul-Baqiyah (p.47) specifically verifies the Iranian origins of Khwarezmians when he wrote: («The people of the Khwarezm were a branch from Persian tree.»)''' tarixi xalqdır. Saka-massaget tayfalarının ittifaqına daxil idilər. Digər tarixi İran xalqları ilə yanaşı, onlar da taciklərin əcdadlarından biridirlər.

Həmçinin qədim xarəzmlilər özbəklərin və türkmənlərin formalaşmasında tərkib hissələrdən biri olub.С.А.Трудновская. Украшения позднеантичного Хорезма по материалам раскопок Топрак-кала. -  Работы Хорезмской археолого-этнографической экспедиции АН СССР в 1949 г., ВИ, 1950 г., № 3. «В современных украшениях населения Хорезмского оазиса - туркмен и каракалпаков - сохранились древнехорезмийские элементы. До сих пор кольца каракалпаков украшаются спиральными витками, а серьги туркмен - миндалевидными подвесками, напоминающими свой древний прототип. Это служит лишним доказательством наличия древнехорезмийской подосновы в этногенезе каракалпаков и туркмен».Д.Еремеев. На стыке Азии и Европы (очерки о Турции и турках). - М. изд. Наука, 1980 г., с. 19Народы России. Энциклопедия. Главный редактор В. И. Тишков. Москва: 1994, с.355

Bir çox müasir tarixçilərin fikrincə, qədim xarəzmlilər İran mənşəli xalq olublar.

Xarəzm və onun etimologiyası Ölkənin adına ilk dəfə eramızdan əvvəl VIII—VII əsrlərə aid mənbələrdə rast gəlinir. Xarəzm adı ilə bağlı müxtəlif təfsirlər var. Bir etimologiyaya görə, "bəsləyən torpaq", digərinə görə "aşağı torpaq".Рапопрот Ю. А., Краткий очерк истории Хорезма в древности // Приаралье в древности и средневековье. Москва: Восточная литература, 1998,с.28 S.P.Tolstov hesab edirdi ki, Xarəzm adı “Hurrilər ölkəsi” – Xvarizam kimi tərcümə olunur.

Əbu Reyhan əl-Biruniyə görə Xarəzmin ən qədim sakinləri türklər olub.Абу Рейхан Бируни, Избранные произведения. Ташкент, 1957,с.47

İ.V.Pyankovun fikinə görə, eramızdan əvvəl VIII əsrdə cənubdan gələn xorazmlılar Amudəryanın aşağı axarının yerli əhalisi ilə qarışmışlar.Пьянков И. В., Хорасмии Гекатея Милетского // Вестник древней истории, № 2, 1972, с.2-20 Miletli Hekateyə görə, Xarəzm adı Əhəmənilərdən əvvəlki dövrdə çəkilir.Рапопрот Ю. А., Краткий очерк истории Хорезма в древности. // Приаралье в древности и средневековье. Москва: 1998,с.29 Sonralar İ.V.Pyankovun fikrini təkrarlayaraq, E.V.Rtveladze yazırdı ki, bu xarəzmlilərin ilkin məskunlaşdığı ərazi müasir Türkmənistan ərazisinin cənub-şərqində qədim Baktriya və Margiana dövlətləri arasındakı yaşayış sahəsidir.Э. В. Ртвеладзе. Государственное объединение «Большой Хорезм» — миф, созданный учеными или историческая реальность? — Сборник «Хорезм в истории государственности Узбекистана». — Ташкент, «Узбекистан файласуфлари миллий жамияти», 2013, с.41 “Avesta”ya əsasən Xarəzmlə bağlı bəzi araşdırmalardan İran alimi Mirzə Əliəkbər Dehxudanın lüğətində “Xarəzm” sözü “ari xalqlarının beşiyi” mənasının qısaldılması kimi təsvir edilmişdir.Elton L. Daniel, The History of Iran. 2001. . p.28لغتنامهٔ دهخدا، سرواژهٔ «خوارزم»

Qədim Xarəzmlilərin tarixi iki böyük etnik qrupla bağlıdır: Amudəryanın aşağı axarının sako-massagetləri və 3 min il əvvəl Orta Asiyanın cənub bölgələrindən köçmüş qədim xarəzmlilər. L. S. Tolstovaya görə, keçmişini cənub bölgələri - Mesopotamiya ilə bağlayan Aral dənizi bölgəsinin sakinlərinin əfsanələri var idi ki, bu da ola bilsin ki qədim Mitanni tarixi ilə bağlıdır.Толстова Л. С. Древнейшие юго-западные связи в этногенезе каракалпаков // Советская этнография. № 2. 1971. С.25-30

Aparılan arxeoloji qazıntılar qədim Xarəzm ərazisində qədim balıqçıların və ovçuların (e.ə. 4-3-cü minilliklər) neolit ​​dövrünə aid Kelteminar mədəniyyətinin mövcudluğunu sübut edir. Bu mədəniyyətin birbaşa nəsli eramızdan əvvəl II minilliyin ortalarına təsadüf ediən maldarlıq və əkinçiliklə məşğul olan Tunc dövrünə aid Təzəbağyab mədəniyyətidir. Antik müəlliflərin həmçinin, Orta Asiya və Hindistan mallarının Amudərya və Xəzər dənizi boyunca Evksin Pontus (Qara dənizin qədim yunan adı) vasitəsilə Qafqaz mülklərinə gedən ticarət yollarında Xarəzm sakinlərinin Kolxida xalqları ilə əlaqələri haqqında məlumatları vardır. Bunu elementləri Orta Asiya Mesopotamiyasında və Qafqazda qədim abidələrin qazıntılarında tapılan maddi mədəniyyət də təsdiqləyir.

E.ə. V əsrdə arami qrafikası əsasında Xarəzm yazısı inkişaf etmişdir. Toprak-qala qədim yaşayış məskəninin yerində arxeoloqlar Xarəzm dilində olan sənədlər arxivinin qalıqlarını aşkar ediblər. Xarəzm yazısından VIII əsrə qədər istifadə edilmişdir.

Xarəzmlilərin törəmələri Xarəzmlilər türkmənlərin formalaşmasında tərkib hissələrdən biri olub, həmçinin massagetlər və soqdlarla yanaşı, özbəklərin əcdadlarından biri olublar. Bir versiyaya görə, digər tarixi İran xalqları ilə yanaşı, onlar taciklərin əcdadlarından biridir. Tacik tarixçisi B.Qafurov qeyd edir ki, özbək xalqı təkcə özbək köçərilərindən deyil, həm də soqd və xarəzmlilərin oturaq xalqlarından və qədim zamanlardan ölkədə yaşamış türkdilli xalqlardan formalaşmışdır.Гафуров Б.Г., История таджикского народа в кратком изложении. Госиздательство полит. литературы, 1952, с.836

Anadoluda Cəlaləddinin döyüşçülərinin törəmələri xurzumlu adlanır və indi Manisa vilayətində (Türkiyə) Xurzum adlanan səkkiz kənddə yaşayırdılar. Şərqi Anadoluda Xarəzmlilər Kütahya və Alaşehirdə (Horzumalayaka, Horzumsazdere, Horzumkeserler, Horzumembelli kəndləri) məskunlaşdılar.Буниятов З. М. Избранные сочинения в трех томах, т. 3. — Баку: Элм, 1999,с.118 Həmçinin Xarəzm adlı üç kənd var ki, orada da xarəzmlilərin nəsli yaşayır. Xarəzmlilər qalıqları Misirdə, Cənub-Qərbi Anadoluda, Suriyada və Şimali İraqda məskunlaşıblar, onların nəsilləri indi orada yaşayır və özlərini türkmən adlandırırlar.

1997-ci ildə siyasi xadim V.Jirinovski ilk dəfə ehtimal edirdi ki, bəlkə də xarəzmlilər özbəklərdən ayrı xalqdır.Жириновский В.В. Последний бросок на юг. М., 2007, с.11 Bu ideyanın qızğın davamçısı, Jirinovskinin ideyasını Avropa sosial antropologiyasında populyarlaşdıran bir sıra nəşrlər çap etdirən antropoloq R.Turayeva oldu. O, əsərlərindən birində vurğulayır ki, “Daşkənddəki xarəzmlilər etnik cəhətdən daşkəndlilərdən fərqlidirlər, lakin etnik cəhətdən bir-birlərindən fərqlənmirlər”.Turaeva, Rano. Dilemas of identification. In:Dynamics of Identification and Conflict: Anthropological Encounters. Berghahn Books, 2022, p.256 Əslində Xarəzm bölgəsinin əhalisi müxtəlifdir. Tarixçi Y.Bregel belə qənaətə gəlir ki, Xarəzmdə, Xarəzmin qədim oturaq əhalisinin və yarımköçəri özbəklərlə türkmənlərin nəsilləri yaşayır.Bregel, Yu. "The Sarts in the khanate of Khiva." Journal of Asian History 12, no. 2 (1978): 120-151 Xarəzmlilərin tarixi köçləri və türkləşməsi Xarəzmlilərin ilk köçləri qədim dövrlərə təsadüf edir. Artıq eramızdan əvvəl V əsrdə Misirdə və Mesopotamiyada xarəzmlilərin qrupları yaşayırdı.Негматов Н. Хорезм и Мухаммад ал-Хорезми в мировой истории и культуре: к 1200-летию со дня рождения. Душанбе, 1983,с.10 Ən erkən Xarəzm adı eramızdan əvvəl 460-cı ildə Elefantine adasındakı Misir arxivində qeydə alınmışdır ki, orada torpaq üçün iddia qaldıran Xvarşain oğlu Xarəzmli Darqamanın adı çəkilir.Becking, B., 2017. Mercenaries or Merchants? On the Role of Phoenicians at Elephantine in the Achaemenid Period. Die Welt des Orients, 47(2), pp.186-197. Bu sənəd xarəzmlilərin farslardan fərqli olaraq ayrıca xalq hesab edildiyini göstərir. Elefantin papirusu — Misirin cənubundakı Elefantin adasında tərtib edilən rəsmi sənədlərə və iş məktublarına verilən addır. Sənədlərin əksəriyyəti arai dilində yazılmışdır. S.P.Tolstov Aral dənizi bölgəsində yaşamış qədim massaget tayfası “Auqas”ı “Oğuz” etnonimi ilə eyniləşdirmişdir və oğuzların etnogenezində aqas-massaget tayfalarından başqa hun-eftalit, toxar-as və fin-uqor tayfalarının da iştirakını qeyd edir. Təxminən eramızdan əvvəl 175-ci ildə Xarəzm Kanqyuyun tərkibinə daxil oldu. Bəzi tədqiqatçılar Kanqyuyu türkdilli icmalarla əlaqələndirirlər. Belə ki, Malyavkin A.Q. Kanqyuy dövlətini oturaq əkinçilik ərazilərinin əhalisini öz nəzarəti altına almış türkdilli tayfaların yaratdığını düşünürdü.Малявкин А. Г., Танские хроники о государствах Центральной Азии.- Новосибирск, 1989, с.201 E.ə. I əsrin son üçdə birində Xarəzm Kanqyuyun tərkibində Qərbi Hunların güclü müttəfiqi kimi çıxış edir. Eramızın III əsrindən başlayaraq Xarəzmdə hunların nümayəndələri qeyd olunur.Труды Хорезмской археолого-этнографической экспедиции, т. XIV. М., «Наука», 1984 Bəzi tədqiqatçılar hun dilini türk dili kimi təsnif edirlər.Тенишев Э. Р. Гуннов язык // Языки мира: Тюркские языки. — М., 1997. — С. 52-53. VI əsrdən başlayaraq Xarəzm in əsas türkdilli etnosunu türklər təşkil edirdi, çünki Xarəzm Türk xaqanlığından asılı idi. VII əsrdən Xarəzm türk dövləti - Xəzər xaqanlığı ilə sıx bağlı olmuş, əhalinin köçü prosesləri baş vermişdir. Xəzər xaqanın qvardiyasında çoxlu xarəzmlilər var idi. Xarəzmli tacirlər böyük rol oynadılar.КУЛЬТУРА И ИСКУССТВО ДРЕВНЕГО ХОРЕЗМА. М., 1981,с.50. Xarəzm də türk toponimikası IX əsrdən etibarən qeydə alınmışdırОномастика Востока. М., 1980, с.137 ki, bu da oturaq türk əhalisinin olduğunu göstərir. X əsrə qədər Xarəzmin və Xarəzm əhalisinin bir hissəsi türkdilli idi. X əsr fars coğrafiyaşünasları Xarəzmin Barategin şəhərinin adını çəkirlər.Толстов С. П. По следам древнехорезмийской цивилизации М.-Л., 1948, с.235 Adından da göründüyü kimi, şəhər türklər tərəfindən məskunlaşmış və ya salınmışdır.Толстов С. П. По следам древнехорезмийской цивилизации М.-Л., 1948 İstəxri onu Xarəzmin 13 şəhəri, əl-Məqdisi isə Xarəzmin 32 şəhəri sırasına daxil edir.Толстов С. П. По следам древнехорезмийской цивилизации М.-Л., 1948, с. 236 X əsr əsrin tarixçiləri İstəxri və “Hüdud əl-aləm” əsərinin anonim müəllifi böyük Xarəzm şəhəri haqqında məlumat verirlər: “Kyat Xarəzmin əsas şəhəridir, Quz Türküstanının qapısı, türklərin, Türküstanın, Mavəraünnəhrin və xəzərlərin mallarının saxlandığı, tacirlərin görüş yeridir...”.Л. Маньковская, В.Булатова. Памятники зодчества Хорезма. Т., 1978,с.27

Görkəmli alim və etnoqraf Biruni (973-1048) əsərlərində Xarəzmin türk əhalisinin istifadə etdiyi türk aylarının və türk dərman bitkilərinin adlarını verir.Абу Рейхан Беруни, Избранные произведения. т.4. Перевод с арабского У.Каримова. Т., 1973, с.312 Biruni təqribən 1000-ci ildə Xarəzm də yazdığı “Keçmiş nəsillərin abidələri” əsərində Xarəzmin türk əhalisinin istifadə etdiyi heyvan dövrünə görə illərin türkcə adlarını qeyd edir: siçkan, od, bars, tuşkan, luy, ilan, yunt, kuy, pişin, tagiqu,tunquz. Həmin əsərdə türkcə ayların adlarını verir: uluq-oy, kiçik-oy, birinci-oy, ikinci-oy, uçinçi-oy, turtinci-oy, beşinçi-oy, oltinçi-oy, yetinçi-oy, sakkizinçi-oy, tokkuzinçi-oy, uninçi-oy.Абу Рейхан Бируни. Избранные произведения, I. Ташкент. АН УзбССР. 1957, с.87-89.