Ruben Haykazoviç Ovnatanyan (; ) — Ermənistan rəssamı.

Həyatı Ruben Haykazoviç Ovnatanyan 1 yanvar 1940-cı ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. 1964-cü ildə İrəvan Rəssamlıq və Teatr İnstitutunu bitirmişdir. Tələbəlik illərindən respublika və ümumittifaq sərgilərində, sonralar Fransa, ABŞ, Portuqaliya, Yunanıstan, Rusiyada keçirilən beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri Ermənistanın Milli Qalereyasında, İrəvan Müasir İncəsənət Muzeyində, Ermənistanda və xaricdə bir çox şəxsi kolleksiyalarda saxlanılır.

İstinadlar

Kateqoriya:Ermənistan rəssamları Kateqoriya:Ovnatanyanlar