Yapon Alpları (日本アルプス, Nihon Arupusu) — Yaponiyada bir sıra dağ silsiləsi.

Coğrafiyası Yapon Alpları Yamanaşi, Naqano, Toyama, Şizuoka və Gifu prefekturalarında yerləşir və 3 silsilədən ibarətdir:

Hida dağ silsiləsi (飛騨山脈 Hida sammyaku) — Şimali Yapon Alpları Kiso dağ silsiləsi (木曽山脈 Kiso sammyaku) — Mərkəzi Yapon Alpları Akaişi dağ silsiləsi (赤石山脈 Akaishi sammyaku) — Cənubi Yapon Alpları

Bu yüksək silsilələr hündürlüyü 3000 m-dən (9,843 fut) keçən bir neçə zirvəni əhatə edir ki, bu da Fuji dağından sonra ən hündürdür.

Burada olan xammalı — ağac, yanacaq, gübrə, ət, minerallar və bitkilər əhali tərəfindən istifadə edilir.

Tarixi Adı ingilis arxeoloqu Uilyam Qould tərəfindən qoyulmuşdur. Yapon Alpları bir çox yapon zəvvarının ibadət yeridir.

Yapon Alp dağları qədim zamanlardan Buddist rahibləri tərəfindən müqəddəs yer kimi istifadə edilirdi.(7) 近代登山にみる歴史的風致. Matsumoto City.

Orta əsrlərdə Kaqa krallığının samurayları və sugendoları dağların xəritəsini yaratmağa çalışırdılar.Hiroshi Yonehara. 新川郡における「山廻役」と「奥山廻リ」についての一考察. Tateyama Museum

İlk müasir geoloji hesabatlar 1890-cı ildə nəşr olunmuşdur.

1907-ci ildə Yoşitaro Şibasaki öz adamları ilə Yaponiyada ən son öyrənilməmiş zirvə hesab edilən və qalxması ən çətin olan Tsurugi dağına qalxmağı bacardılar. Dağın zirvəsində tapılan metal şuqendo çubuğu və qılıncı onları son Nara dövründən erkən Heian dövrünə qədər olduğunu təsdiqlədi. Məlum oldu ki, Tsuruqi dağına 1000 ildən çox əvvəl şugendolar artıq qalxmışdılar.https://web.archive.org/web/20200930190011/https://toyama-bunkaisan.jp/search/1578/

Qallereyası

İstinadlar

Xarici keçidlər Japan Alps 7 Cities Tourism

Kateqoriya:Yaponiya Alpları Kateqoriya:Yaponiya sıradağları Kateqoriya:Yaponiyanın görməli yerləri