Hildesheim Universiteti (alm. Universität Hildesheim) — Almaniyanın Hildesheim şəhərində dövlət universiteti.
Tarixi
Hildeşeim Universiteti 1946-cı ildə əsası qoyulmuş Alfeld Pedaqoji Universitetin nərzində yaranmışdır.
1978-ci ildə universitet müstəqil oldu Hildeşeim Elmi Universiteti adlandırıldı.
1989-cu ildə universitetin adı dəyiçərək Hildeşeim Universiteti oldu.
Akademik strukturu
Hildeşeim Universiteti 4 şöbəyə bölünür, onlardan 27 institut yaradılmışdır.
Fakültələri və İnstitutları
Fakültə 1: Təhsil və Sosial Elmlər
Təhsil Araşdırmaları İnstitutu (Tətbiqi Təhsil Elmləri bölməsi, Ümumi Təhsil Elmləri bölməsi) İbtidai Məktəb, Didaktika və Ümumi Elmlər İnstitutu Psixologiya İnstitutu Sosial Elmlər İnstitutu Katolik İlahiyyat İnstitutu Protestant İlahiyyat İnstitutu Tarix İnstitutu Sosial və Təşkilati Təhsil İnstitutu İdman Elmləri İnstitutu
Fakültə 2: Mədəniyyətşünaslıq və Estetik Ünsiyyət
Mədəniyyət Siyasəti İnstitutu Fəlsəfə İnstitutu Ədəbi Yazı və Ədəbiyyatşünaslıq İnstitutu Media, Teatr və Xalq Mədəniyyəti İnstitutu Musiqi və Musiqişünaslıq İnstitutu Təsviri İncəsənət və İncəsənət Elmləri İnstitutu
Fakültə 3: Dilçilik və İnformasiya Elmləri
Alman Dili və Ədəbiyyatı İnstitutu İngilis Dili və Ədəbiyyatı İnstitutu Mədəniyyətlərarası Kommunikasiya İnstitutu Tərcüməçilik və İxtisaslaşdırılmış Kommunikasiya İnstitutu İnformasiya Tədqiqatları və Dil Texnologiyaları İnstitutu
Fakültə 4: Riyaziyyat, Təbiət Elmləri, İqtisadiyyat və Kompüter Elmləri
Biologiya və Kimya İnstitutu Coğrafiya İnstitutu Fizika İnstitutu Mühəndislik İnstitutu Riyaziyyat və Tətbiqi Kompüter Elmləri İnstitutu Kompüter Tədqiqatları İnstitutu
Tədqiqatları
Hildeşeim Universitetinin 4 şöbəsində müxtəlif Təhsil kursları təklif olunur.
Psixologiya, Pedaqogika və Sosial pedaqogika dərsləri. Kurslar əsas kampusda keçirilir. Mədəniyyətşünaslıq, Yaradıcı yazı və İfaçılıq sənəti. Kurslar Domane Marienburqun mədəniyyət şəhərciyində keçirilir. Dillər və ünsiyyət İT və Ətraf mühit elmləri kursları təklif edilir.
İbtidai, orta məktəblər üçün müəllimlik təhsili bütün dörd şöbədə öyrənilə bilər və onun tədqiqat dairəsi 18 fənni əhatə edir.
İstinadlar