Həsən Kasablanka Universiteti — Mərakeş Krallığının Kasablanka şəhərində dövlət universiteti.

Tarixi Universitet 1975-ci ildə Həsən de Ain Çok Universiteti və Həsən Məhəmmədiya Universitetinin birləşməsindən sonra yaranıb.

Ümumilikdə burada yerli və xarici tələbələr də daxil olmaqla 24 mindən çox tələbə təhsil alır. Universitet Mərakeşin üçüncü ən böyük universitetidir.

Akademik strukturu Universitetdə ərəb və fransız dilləri tədris olunur. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər kimi bəzi fənlər üçün və aspirantlar üçün fransız və ərəb dillərini bilmək tələb olunur. Bununla belə, Texniki fənlər yalnız fransız dilində təklif olunur.

Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansının üzvüdür.

Xarici tələbələr əsasən fransız dilli ölkələrdəndir: Fransa, Seneqal, Konqo Respublikası, Mavritaniya, Liviya, Tunis, Əlcəzair, Mali, Yəmən, İndoneziya və s.Presentation University of Hassan II

Fakültələri Hüquq, İqtisadi və Sosial elmlər fakültəsi. Kasablanka Tibb və Əczaçılıq fakültəsi Kasablanka Stomatologiya fakültəsi Elmlər fakültəsi İncəsənət və Humanitar Elmlər fakültəsi Kasablanka Texnologiya Məktəbi Maşınqayırma fakültəsi

Ayn Sebaada yerləşən Kasablanka Milli Biznes və İdarəetmə Məktəbi 2007-ci ildə yaradılmışdır və artıq ölkədə səkkizinci ən yaxşı müəssisə və üçüncü ən yaxşı biznes məktəbidir.

Məktəbləri Kasablanka Milli İncəsənət və Sənətkarlıq Ali Məktəbi Ali Texnologiya Məktəbi Milli Elektrik və Mexanika Ali məktəbi Elm məktəbi Kasablanka Milli Biznes və İdarəetmə məktəbi Kasablanka Milli Ticarət və İdarəetmə məktəbi

Kitabxanası

Məhəmməd Sıkat Kitabxanası ümumi sahəsi 7,000 kv. metrdir (75,000 kvadrat fut). Kitabxana 6 mərtəbədən ibarətdir. Tələbələr üçün 40000 dərslik, 20000 onlayn elektron jurnal və dövri nəşr var. Həmçinin kitabxanada qədim əlyazmalar və kitablar saxlanılır. Hüquq fakültəsinin kitabxanasında Hüquq, Politologiya və İqtisadiyyat sahələrinə aid 25 min kitab var.

Görkəmli məzunları Mohamed Taieb Naciri (1939-2012) - Hüquqşünas və siyasətçi Abdelouahed Belkeziz (1939-2021) - Hüquqşünas, siyasətçi və diplomat Xalid Alioua - Siyasətçi Mokhtar Lamani - Kanadalı diplomat Mohamed Moatassim - Siyasi məsləhətçi Nəbilə Münib - Siyasətçi Nizar İbrahim - paleontoloq Əbdüləziz Əl Öməri - Siyasətçi Merieme Çadid - astronom Raşid Hamami - dini televiziya şərhçisi Xədicə Yakən - yazıçı Nəbilə Rmili - Siyasətçi

İstinadlar

Xarici keçidlər

Top Colleges & Universities in Morocco

Kateqoriya:Mərakeş Kateqoriya:Mərakeş universitetləri Kateqoriya:Universitetlər