Mons Universiteti — Belçikanın Mons şəhərində, 2009-cu ildə yaradılmış universitet.

Tarixi 6 iyul 2007-ci ildə iki universitet — Mons Mühəndislik İnstitutu və Mons-Hainaut Universitetinin birləşməsi Belçika — Fransız İcmasının Parlamenti tərəfindən təsdiq edilmişdir və Mons Universiteti yaradılmışdır.

Fakültələri Mühəndislik fakültəsi İqtisadiyyat və İdarəetmə fakültəsi Psixologiya və Təhsil Elmləri fakültəsi Tibb və Əczaçılıq fakültəsi Elmlər fakültəsi Tərcümə və Təfsir (interpretasiya, şərh) fakültəsi Memarlıq və Şəhərsalma fakültəsi

İnstitutları Sosial Elmlər İnstitutu Hüquq Elmləri İnstitutu Dil Elmləri İnstitutu

Tədqiqatları 20 Tədqiqat sahəsi (tədqiqat sahəsi üzrə bir neçə laboratoriyanın qruplaşdırılması) 4 Tədqiqat mərkəzi: Multitel (İKT) Materia Nova (Materiallar) Inisma (Keramika materialları) CETIC (İKT) Onlarla spin-off, startap, patentlər...

Proqramları Brüssel-Mons Mühəndislik İnstitutu nəzdində Université Libre de Bruxelles ilə əməkdaşlıqda bir neçə "Beynəlxalq Magistr" proqramı yaradılmışdır:

Telemedia proqramı Proqram tətbiq olunan sahələrdə bacarıq və bilik əldə etmək istəyən Telekommunikasiya və Multimedia həvəskarları üçün nəzərdə tutulmuşdur. Bu dərəcə peyklər, Telefon xidmətləri, Kabel yayımı və Telefoniya, Multimedia proqramları, Kompüter şəbəkələri, Məlumat təhlükəsizliyi, Mobil telefon və İnternet Telekommunikasiya texnologiyaları kimi aparıcı sektorlarda aktivdir.

Biosis Biosistem Mühəndisliyi üzrə ixtisaslaşmış Magistr kursu, ölçü, siqnalın işlənməsi, sistemin modelləşdirilməsi, optimallaşdırılması və tibbi siqnal və görüntü emalında tətbiqlərlə idarə olunması, həmçinin biosənaye proseslərində tətbiqləri ilə bağlı metod və üsullara diqqət yetirir.

Dizayn Tətbiqi Dizayndan Tətbiqlərə qədər Material elmləri üzrə magistratura material elmində fənlərarası, tədqiqata əsaslanan təlim vermək məqsədi daşıyır. O, magistr dərəcəsi mühəndislik məktəbləri və elm fakültələri arasında fənlərarası əməkdaşlıqdan, həmçinin Materia Nova və INISMa tədqiqat mərkəzlərinin iştirakından faydalanır.

İstinadlar

Xarici keçidlər

The official discussion of the Belgian French Community Parliament of 25 November 2008 (in French)

Kateqoriya:Belçika universitetləri Kateqoriya:Universitetlər Kateqoriya:Belçika