Soyuq müharibə liberalı — ABŞ-də İkinci Dünya müharibəsinin bitməsindən sonra başlayan Soyuq müharibə dövründə istifadə edilən termin.Schlesinger JR, 1962, p37 Termin demokratiya və bərabərliyi dəstəkləyən liberal siyasətçiləri və həmkarlar ittifaqı liderlərini təsvir etmək üçün istifadə edilmişdir. Onlar həmkarlar ittifaqlarının böyüməsini, vətəndaş hüquqları hərəkatını və yoxsulluğa qarşı müharibəni dəstəkləmiş, eyni zamanda kommunist idarəçiliyi altında ümumi şəkildə görülən totalitarizmə qarşı çıxmışdılar. İkinci Dünya müharibəsindən sonrakı dövrdə diplomat Corc F. Kennan və ABŞ Prezidenti Harri S. Truman kimi Soyuq müharibə liberalları sovet kommunizminə qarşı əhatələmə səylərini dəstəkləmişdilər.

Zəmin Soyuq müharibə dövrünün müasir ABŞ liberalizmi Franklin D. Ruzveltin yeni kursunun bilavasitə varisi və XX əsrin əvvəllərindəki proqressiv dövrün bir az daha uzaq davamçısı idi.Alonzo L. Hamby, Liberalism and Its Challengers: From F.D.R. to Bush (1992) Sol Stern yazmışdır ki, "Soyuq müharibə liberalizmi İkinci Dünya müharibəsindən sonra Amerikanın ən böyük uğuru – Soyuq müharibədə qalib gəldiyi üçün tərifə layiqdir".Stern, Sol (Winter, 2010) "The Ramparts I Watched." City Journal.

İlkin mərhələlərdə liberallar, ümumiyyətlə, Franklin D. Ruzveltin davamçısı Harri S. Trumeni özlərindən biri kimi görmürdülər və ona Demokrat Partiyasının çıxıntısı kimi baxırdılar. Demokratik Fəaliyyət uğrunda Amerikalılar (ADA) kimi digər liberal siyasətçilər və liberal təşkilatlar həm daxildə, həm də xaricdə kommunizmə qarşı çıxaraq, bəzən vətəndaş azadlıqlarını qurban verərək Trumenin tərəfini tutmuşdular.Alonzo L. Hamby, Man of the People: A Life of Harry S. Truman (1995) Eyni zamanda, ADA vətəndaş hüquqları hərəkatı kimi məsələlərdə Trumeni solçuluğa itələməyə müvəffəq olmuşdu.Mark L. Kleinman, "Americans for Democratic Action", in The Oxford Companion to United States History, ed. Paul S. Boyer (Oxford/NY: Oxford UP, 2001), 34.

İstinadlar

Əlavə ədəbiyyat Faulks, Keith. Political sociology: a critical introduction. Edinburgh: Edinburgh University Press, 1999. Fernbach, Alfred and Bishko, Charles Julian, Charting Democracy in America (1995) Frost, Bryan-Paul and Sikkenga, Jeffrey (2003). History of American Political Thought. Lexington Books. p. 33. Hamby, Alonzo L., Liberalism and Its Challengers: From F.D.R. to Bush (1992)

Schlesinger, Arthur, "Liberalism in America: A Note for Europeans", in The Politics of Hope, (1962)

Kateqoriya:Soyuq müharibə Kateqoriya:Soyuq müharibə terminləri Kateqoriya:ABŞ-nin siyasi tarixi