Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəyin, Bahəddin Şakirin və Cahangir bəy Kazımbəylinin də məzarları var.
Tarixi 1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir. Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.
Memarlıq xüsusiyyətləri thumb|Məscidin daxili görünüşü; mehrab və minbər görünür. Məscid XVI-XVII əsrlərə aid Osmanlı memarlığı əsasında tikilib. Məscidlərin hündürlüyü 37,1 metr olan iki minarəsi və 21,3 metr hündürlüyündə əsas günbəzi var.
İstinadlar