Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonunun Malıbəy kənd inzibati ərazi dairəsində kənd.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tarixi Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır..

Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı.

Mədəniyyəti thumb|right|230px|Həmzə sultanın tikdirdiyi sarayı

Coğrafiyası və iqlimi Hüsülü kəndi dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri