Razmik Panosyan (; ) — erməniəsilli Kanada tarixçisi və politoloqu.
Həyatı Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır.
O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Nəşrləri
The Armenians Panosyan "The Armenians: From Kings and Priests to Merchants and Commissars" () kitabının müəllifidir. 2006-cı ildə "Columbia University Press" tərəfindən nəşr edilmişdir. Kitab erməni tarixini və milli kimliyini geniş və balanslı şəkildə işıqlandırdığına görə geniş rəğbət qazanmışdır. Ceyms Robert Rassell öz icmalında kitabı "erməni milli kimliyinin inkişafı ilə bağlı indiyə qədər hər hansı bir dildə yazılmış ən diqqətlə araşdırılmış və elmi araşdırma kimi qiymətləndirmişdir. Levon Çorbacyan yazmışdır ki, onun cüzi etirazına baxmayaraq, kitab "qeyri-adi dərəcədə balanslaşdırılmış, empirik cəhətdən əsaslandırılmış və nəzəri cəhətdən cəlbedicidir". Vilyam Safran kitab haqqında yazmışdır: "Bu, birinci dərəcəli alimlikdir. Hərtərəfli sənədləşdirilmişdir. Yalnız onun qeydlərindəki istinadlar mətni xeyli genişləndirən və tamamlayan təfərrüatlar, əhali statistikası və digər ciddi məlumatlar erməni hisslərinin çoxsaylı poetik təlqinləri ilə tarazlaşdırılır. Kitab digər diaspor xalqlarının öyrənilməsi üçün nümunə ola bilər".
Kitablar Panossian, Razmik (2006). The Armenians: From Kings and Priests to Merchants and Commissars. New York: Columbia University Press. ISBN 0-231-13926-8.
Redaktoru Schwartz, Donald V; Panossian, Razmik (1994). Nationalism and history: the politics of nationbuilding in post-Soviet Armenia, Azerbaijan and Georgia. Toronto, Ont.: Center for Russian and East European Studies. ISBN 978-0-9697723-0-9. OCLC 925549193.
Kitab fəsilləri Panossian, Razmik (2004). "Homeland–diaspora relations and identity differences." The Armenians: Past and Present in the Making of National Identity. Panossian, Razmik. "Courting a diaspora: Armenia-diaspora relations since 1998." In International Migration and Sending Countries, pp. 140–168. Palgrave Macmillan, London, 2003. Panossian, Razmik. "Post-Soviet Armenia. Nationalism and its Discontent (s)." After Independence: Making and Protecting the Nation in Postcolonial and Postcommunist States, ed. Lowell W. Barrington (2006): 225–247. Panossian, Razmik. "The diaspora and the Karabagh movement: oppositional politics between the Armenian Revolutionary Federation and the Armenian National Movement." In The Making of Nagorno-Karabagh, pp. 155–177. Palgrave Macmillan, London, 2001.
Jurnal məqalələri
Dissertasiya Panossian, Razmik. "The evolution of multilocal national identity and the contemporary politics of nationalism: Armenia and its diaspora." PhD diss., London School of Economics and Political Science (University of London), 2002.
İstinadlar
Kateqoriya:Ermənistan politoloqları Kateqoriya:Kanada politoloqları Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:Erməniəsilli livanlılar