Züleyxa Eylaq qızı Eyvazova () – Sovet, Azərbaycan şahmatçısı. Şahmat kompozitoru, "Şahmat kompozisiyalarının kraliçaları" () kitabının müəllifi, Equipment. Technologies. Materials jurnalının Nəşriyyatın Texniki və Resenzent Qrupun Üzvü, Texnika üzrə fəlsəfə doktoru, ADNSU-nun dosentiЭйвазова З. Он был настоящим человеком // "Вышка" № 20 (19768) от 28 мая 2009 года.
Həyatı 1950-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. 1957–1967-ci illərdə orta məktəbdə təhsil alıb. 1967–1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanika fakültəsində təhsil alıb. 1968–1971-ci illərdə Hiproazneft elmi-tədqiqat və layihə konstruktor institutunda texnik vəzifəsində çalışıb. 1972–1974-cü illərdə AzİNMAŞ elmi-tədqiqat və layihə konstruktor institutunda mühəndis vəzifəsində çalışıb. 1974–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft-mədən mexanikası, maşın və mexanizmləri" kafedrasının Sahə laboratoriyada mühəndis, böyük mühəndis və kiçik elmi işçi vəzifələrini tutub. 1981–1982-ci illərdə Moskva şəhərində Patent işləri sahəsində xalq təsərrüfatının rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasının artırılması Mərkəzi Institutunda təhsil alıb və buranı bitirdikdən sonra patentsünas diplomu alıb. 1990–1997-ci illərdə "Neft-mədən mexanikası, maşın və mexanizmləri" kafedrasının assistenti vəzifəsində çalışıb. 1997-ci ildən bu günə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Neft-qaz avadanlığı" kafedrasının dosenti vəzifəsində çalışır.
Elmi dərəcə 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsi, mühəndis-mexanik.
1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası, "Mancanaq dəzgahları sürüşkən yastıqlı dayaq düyünlərinin avtomatlaşdırılmış layihələndirmə metodu ilə optimal konsruksiya edilməsi", texnika elmləri namizədi alimlik dərəcəsi.
Təltifləri 2020-ci il 31 dekabr tarixində Tərəqqi medalı ilə təltif olunub.https://president.az/az/articles/view/49770
Yaradıcılığı 45 məqalə, 11 konfrans materialı , 8 dərslik, 11 tədris vəsait , 14 İxtira müəllifidir.
Patentləri Quyu ştanqlı nasosunun intiqalıhttps://patent.copat.gov.az/files//31950226962801120982Ixtira_2019_06.pdf Quyu dibini yad cisimdən təmizləyən qurğuhttps://patent.copat.gov.az/files//27050203492610122028Ixtira_2012_04.pdf Mancanaq dəzgahı Mancanaq dəzgahı Əyləc düyünü Yırgalanan dayaqları yağlamaq üçün qurğu Привод скважинного штангового насоса Подшипник скольжения Привод скважинного насоса Одноплечий станок-качалка Станок-качалка Станок-качалка Арматура устья подводной скважины Şiberli düzaxınlı siyirtməhttps://patent.copat.gov.az/files//21292216552597822637ixtira%2008.2022.pdf
Seçilmiş elmi əsərləri, nəşrlər "Maşın, qurğu və avadanlıqların layihələndirilməsi". Dərs vəsaiti. Bakı: ADNSU, 2020, 224 s. "Tamamlanmış quyuların alət və avadanlıqları". Dərslik. Bakı: ADPU nəşriyyatı, 2015, 332 s. "Оборудование для герметизации устья в процессе бурения и эксплуатации нефтяных и газовых скважин". Dərslik. Bakı: ADNA nəşriyyatı, 2014, 240 s. "Neft-qaz istehsalı texniası". Dərslik. Bakı: "Azərnəşr nəşriyyəti. 2008. 440 s. "Оптимальное проектирование конструкций скваинных штанговых насосных установок". Баку: Элм. 1997. 214 с. "Reseach stability of mast rope-pin drive of downholr sucker-rod pump". "Equipment. Technology. Materials". Volume 9 (1), January 2022, Pages 10–17. "Quyu ştanqlı nasoslar vasitəsilə neftin çıxarılması üçün mancanaq dəzgahlaının müvazinətləşdirilməsi"."Equipment. Technology. Materials" Volume 6 (2), April 2021, Pages 67–72. "Şiberli düzaxınlı siyirtmə". İddia № a 2020 0084, 2020. "Practical introduction of the harmonic equation during the loading characteristics reseaech of the pumpjack". Журнал "Актуальные проблемы гуманитарных и естественных наук", Россия, Москва. № 7, c.16–20, 2018 "Seriya ilə buraxılan mancanaq dəzgahlarının metal tutumunun azaldılması üzrə tədqiqatlar". "Azərbaycan ali texniki məktəblərin XƏBƏRLƏRİ"jurnalı. Cild 20, № 1(111), 2018, s.65–70. Bakı. Nəşriyyat: ADNSU. "Анализ показателей работоспособности скважинных штанговых насосных установок". Научно-технический журнал "Надежность", Том 18, № 3, 2018, c.22–26. Москва. Издатель: LLC Journal Dependability. "Environmentally practicable mast type cable-pulley drive unit of well rod pump equipment". "Aктуальные проблемы гуманитарных и естественных наук". Издательство: Научно-информационный издательский центр. Москва. № 5, 2018 с. 18–23. "The theoretical basis report of mast type cable-pulley drive of well rod pump equipment". Internetional Journal of Production Research. Volume 55, Numbers1–2, 1–15 Janvary 2017. "İkiçiyinli mancanaq dəzgahlarının pnevmatik tarazlaşdırılması məsələsinin tədqiqi". Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri. Mexanika və maşınqayırma. Cild 16, № 1, 2014, s. 35–40 "Вопросы совершенствования схем преобразующего механизма при проектировании станков-качалок". Вестник Азербайджанской Инженерной Академии. Баку, Т.4 № 2, 2012, с.50–57. İxtira "Quyu ştanqlı nasosunun intiqalı". Sənaye Mülkiyyəti Obyektrərinin Ekspertizası Mərkəzi (AzPatent). № a2016 0073. Daxil olma tarixi 17.06.2016. Bülleten № 6, 2019, s.33, 15. İxtira "Quyu dibini yad cisimdən təmizləyən qurğu". Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi. İddia sənədinin nömrəsi a2008 0215. Qərarın verildiyi tarix 24.12.2009. Patent İ 20120078 13.09.2012.
İstinadlar
Kateqoriya:Azərbaycan şahmatçıları