Aşanti və ya aşantililər (özünüadlandırma: Asantefo, Asante; "müharibə üçün birləşmiş" deməkdir) — Akan qrupuna aid xalq. Qananın mərkəzi regionlarında yaşayırlar. Əhalisinin sayı 3,3 milyon nəfərdir.

Dil Onlar Volta-Konqo qrupunun Niger-Konqo makroailəsinin kva alt qrupuna aid olan çvi dilində danışırlar. XIX əsrdə xristian missionerləri latın qrafikası əsasında yazı dili yaratmışdılar.

Mədəniyyəti

Evlər Ənənəvi evləri planda dördbucaqlı, gillə örtülmüş taxta dirəklərdən düzəldilmiş, döşəməsi torpaq və dam örtüyü palma yarpaqları, ot və ya dəmir və şiferlə örtülmüşdür.

Geyimləri Ənənəvi geyimlər kente və adinkra (xüsusi damğalarla naxışlanmış ornamentli bayram kente) adlanır.

Mətbəxi Yemək əsasən bitki mənşəli (müxtəlif sıyıqlar, xörəklər, qaynadılmış və bişmiş tərəvəzlər, ədviyyatlı yeməklər və palma yağı ilə tərəvəzlər), həmçinin ət və balıqdır.

İstinadlar

Əlavə ədəbiyyat Ашанти / Попов В. А., Григорович Н. Е. // Анкилоз — Банка [Электронный ресурс]. — 2005. — С. 590–591. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 2). — ISBN 5-85270-330-3.

Ашанти / Шпажников Г. А. // Народы мира. Энциклопедия / под науч. ред. Л. М. Минца; науч.-ред.совет: А. О. Чубарьян, А. А. Фурсенко и др. — М. : ОЛМА Медиа Групп, 2007. — 640 с. — ISBN 978-5-373-01057-3.

Xarici keçidlər Язык ашанти в базе данных Ethnologue Искусство Берега Слоновой Кости. Мириманов В.Б. Искусство тропической Африки Kateqoriya:Qanada yaşayan etnik qruplar Kateqoriya:Afrika xalqları Kateqoriya:Afrikanın tarixi dövlətləri