Şakira (; ) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa

Həyatı 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır.

Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur.

2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.

thumb|right|Şakira 2014-cü ildə

Şakira eyni zamanda Kolumbiyada fəaliyyət göstərən Pies Descalzos adlı bir qeyri-hökumət təşkilatının qurucusu və fəxri sədridir. 6 yaşında ilk bəstəsini etmişdir. Rəqslərini nənəsindən öyrənmişdir. Şakira, içki və qəhvə içmir, şokoladı çox sevir. Axıcı bir şəkildə İngilis və Portuqaliya dilində danışır.Həmçinin Fransız, İtalyan və Ərəb dillərini də bir az danışa bilir.

thumb|Şakira Braziliyanın ən böyük şəhəri olan Rio-de-Janeyroda səhnədə

2011-ci ildə Harvard Universiteti tərəfindən "İlin Sənətçisi" seçilmişdir. Son olaraq Şakira, "Hollywood Walk Of Fame"də ulduz sahibi oldu və burada ulduzu olan ilk Kolumbiyalı ünvanını qazandı.

Albomları

Magia (1991) Peligro (1993) Pies Descalzos (1995) Dónde Están los Ladrones? (1998) Laundry Service (2001) Fijación Oral, Vol. 1 (2005) Oral Fixation, Vol. 2 (2005) She Wolf (2009) Sala El Sol (2010) Shakira (2014) El Dorado (2017) Las Mujeres Ya No Lloran (2024)

İstinadlar Kateqoriya:Kolumbiya müğənniləri Kateqoriya:Kolumbiyada doğulanlar

Xarici keçidlər

Kateqoriya:Qadın gitaraçılar Kateqoriya:Epic Records artistləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri