Yana Mixaylovna Rıxlitska (; ) — Ukraynalı könüllü, əsgər, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi, Rusiya-Ukrayna müharibəsi iştirakçısı. Həyatı Yana Rıxlitska 2 aprel 1993-cü ildə Vinnitsada anadan olub.
O, 2015-ci ildə Yaroslav Mudrik adına Milli Hüquq Universitetinin İqtisadiyyat və Hüquq fakültəsini bitirib. Tələbəlik illərində idmanla fəal məşğul olub, sambo və cüdo üzrə idman ustalığına namizəd olub. Rıxlitska İT sənayesində də çalışıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra o, aktiv könüllü fəaliyyətə başlayıb. 2022-ci ilin may ayında Yana Rıxlitska, 93-cü "Xolodnıy Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi olub və Baxmutdakı stabilləşdirmə mərkəzində xeyli sayda insanın həyatını xilas edib.
Yana Rıxlitska, 3 mart 2023-cü ildə Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaralıların təxliyəsi zamanı rus artilleriyasının atəşi nəticəsində həlak olub.
Yana Rıxlitska böyüdüyü doğma şəhərindəki Qəhrəmanlar Xiyabanında dəfn edilib.
Mükafatları 3-cü dərəcəli Boqdan Xmelnitski ordeni (7 aprel 2023, ölümündən sonra)Decree of the President of Ukraine from 7 April 2023 year № 201/2023 «Про відзначення державними нагородами України » (in Ukrainian) İstinadlar
Xarici keçidlər
Kateqoriya:III dərəcəli Boqdan Xmelnitski ordeni kavalerləri (Ukrayna) Kateqoriya:Ukrayna hərbçiləri Kateqoriya:Ukrayna aktivistləri