Divergentlər 2: Üsyançı — rejissor Robert Şventkenin Veronika Rotun eyniadlı romanı əsasında 2015-ci ildə çəkdiyi Amerika istehsalı olan elmi fantastika macəra filmi və Divergent trilogiyasının ikinci kitabıdır. Filmin prodüserləri Lucy Fisher, Pouya Shabazian və Douglas Wick, ssenari müəllifləri isə Brian Duffield, Akiva Goldsman və Mark Bombackdır. Robert Şventke filmin rejissorluğunu filmin eyni zamanda filmin baş prodüseri olmuşdur olan Neil Burgerdən götürmüşdür. İlk filmdəki aktyor heyəti ilə geri qayıdan komanda növbəti filmdə köməkçi personajlar kimi Oktavia Spenser, Naomi Uotts Suki Uoterhaus, Rosa Salazar, Daniel Dae Kim, Conni Ueston, Emjay Entoni və Keiynan Lonsdeyl ilə görünmüşdür.
Filmin süjet xətti əvvəlkindən üç gün sonra başlayır və Tris Prioru izləməyə davam edir; Tris və dörd dostu Jeanine və Müdriklərin salamat qalanlarının həyata keçirdikləri çevrilişdən yayınmağa çalışırlar. Post-apokaliptik Çikaqoda fraksiya sistemi çökmüş və hamı güc və cavablar üçün ümidsizliyə düçar olmuşdur. Filmin çəkilişləri 2014-cü il may ayının 27-də Corciya ştatının Atlanta şəhərində başlamış və bunun rəsmi olaraq elanı 6 sentyabr 2014-cü ildə edilmişdir.
Üsyançı ABŞ-da 20 mart 2015-ci ildə IMAX formatında, həmçinin 2D və 3D formatında buraxılmışdır. Filmə tənqidi reaksiyalar qarışıq olmuşdur: bəzi rəyçilər bu filmin vizual üslubunu, hərəkət ardıcıllığını və Vudlinin performansını vurğulayaraq sələfindən daha yaxşı olduğunu iddia etmişdirlər, lakin film hələ də hekayəsinə görə əhəmiyyətli miqdarda mənfi tənqidlər almışdır. Film kommersiya müvəffəqiyyəti qazanmış, ilk həftəsində 52,2 milyon dollar gəlir əldə edərək kassada 1-ci yerə yüksəlmişdir. Çıxışı zamanı film dünya üzrə ümumilikdə 295 milyon dollar qazanmışdır.
Davamı olan The Divergent Series: Allegiant – Part 1-in buraxılış tarixi 18 mart 2016-cı ildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində elmi-fantastika macəra filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Elmi fantastika romanlarına əsaslanan filmlər Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər