Anatoli Maksimoviç Zlenko (; ) — Ukrayna dövlət xadimi. 1990-cı ilin iyulundan 1994-cü ilin avqustuna qədər və 2000-ci ilin oktyabrından 2003-cü ilin sentyabrınadək iki dəfə Ukraynanın Xarici İşlər naziri olub.

Təhsli Anatoli Zlenko, Kiyev Mədən Kolleci və Taras Şevçenko adına Kiyev Milli Universitetində (tərcüməçi-referent) təhsil alıb.

Həyatı left|thumb|Ukraynanın Xarici İşlər naziri Anatoli Zlenko ilə İran Prezidenti Məhəmməd Hatəmi, 19 iyul 2003-cü il Anatoli Zlenko, 1967-ci ildən diplomatik fəaliyyətdədir. 1967-ci ildə attaşe, Ukrayna SSR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin ikinci katibi olub. 1973–1979-cu illərdə Parisdə YUNESKO Katibliyində çalışıb. 1979-cu ildə Ukrayna SSR Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin müşaviri olub. 1979–1983-cü illərdə Ukrayna SSR YUNESKO üzrə Komissiyasının məsul katibi olub. 1983–1987-ci illərdə Ukrayna SSR-nin YUNESKO yanında daimi nümayəndəsi olub. 1989–1990-cı illərdə Ukrayna SSR Xarici İşlər Nazirinin birinci müavini olub. 1990-cı il iyulun 27-dən 1991-ci ilə qədər Ukrayna SSR Xarici İşlər naziri olub.. 1991-ci ildən 1994-cü il avqustun 25-dək Ukrayna Xarici İşlər naziri vəzifəsində çalışıb. 1994-cü il sentyabrın 28-dən 1997-ci il sentyabrın 19-dək Ukraynanın BMT-dəki daimi nümayəndəsi olub. 19 sentyabr 1997-ci ildən 2 oktyabr 2000-ci ilə qədər Ukraynanın Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 19 sentyabr 1997-ci ildən 2000-ci il oktyabrın 17-dək Ukraynanın UNESCO yanında daimi nümayəndəsi olub. 1998-ci il aprelin 14-dən 2000-ci il oktyabrın 17-dək Ukraynanın Portuqaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ştatdankənar vəzifədə çalışıb. 2000-ci il oktyabrın 2-dən 2003-cü il sentyabrın 2-dək Ukraynanın Xarici İşlər naziri (ikinci dəfə) olub. 2003-cü il oktyabrın 15-dən 2005-ci il yanvarın 22-dək Ukrayna Prezidentinin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri olub. 2004–2005-ci illərdə BMT-nin İnsan Hüquqları Komissiyasında Ukraynanın nümayəndəsi olub.Зленко Анатолий Максимович. Украинський Форум 2006-cı il oktyabrın 13-də o, Ukraynanın baş naziri Viktor Fyodoroviç Yanukoviçin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib. 2006-cı ilin yayından "Ukrayna Forumu" vətəndaş-siyasi birliyinin sədr müavini, 2009-cu ilin yazından "Yeni Ukrayna" Vətəndaş Hərəkatı Şurasının üzvü olub. 2010-cu ilin sentyabrından Kiyev Slavyan Universitetinin vitse-prezidenti və KSU-nun Slavyanşünaslıq və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub.

Anatoli Zlenko 2021-ci il martın 1-də 82 yaşında vəfat edib. O, martın 4-də Baykovo qəbiristanlığında (sahə No 42a) dəfn edilib.

O, ukrain və rus dillərindən əlavə ingilis, ispan, portuqal və fransız dillərini də bilirdi.

Mükafatları "Knyaz Yaroslov Mudro" ordeni I dərəcə (23 avqust 2021-ci il, ölümündən sonra) — Ukrayna dövlətinin dövlət quruculuğuna, müdafiə qabiliyyətinin gücləndirilməsinə, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsilin inkişafına mühüm şəxsi töhfəsinə, mühüm əmək nailiyyətlərinə, uzun illər vicdanlı əməyinə və Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə II dərəcə (22 dekabr 2017-ci il) — Ukraynanın beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə və yüksək peşəkarlığına görəУказ Президента України № 425/2017 від 22 грудня 2017 року "Про відзначення державними нагородами України з нагоди Дня працівників дипломатичної служби" III dərəcə (22 yanvar 2016-cı il) — Ukrayna dövlətinin dövlət quruculuğuna, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsil inkişafına, Ukrayna cəmiyyətinin möhkəmlənməsinə mühüm şəxsi töhfəsinə, uzun illər vicdanlı əməyinə görəУказ Президента України № 18/2016 від 22 січня 2016 року "Про відзначення державними нагородами України з нагоди Дня Соборності України" IV dərəcə (23 avqust 2011-ci il) — Ukraynanın müstəqilliyinin bərqərar olmasında, onun suverenliyinin və beynəlxalq nüfuzunun bərqərar olunmasında mühüm şəxsi töhfəsinə, dövlət quruculuğunda, sosial-iqtisadi, elmi-texniki, mədəni-maarif fəaliyyətində xidmətlərinə görə; ukrayna xalqına vicdanlı və qüsursuz xidmətinə görə V dərəcə (30 may 2008-ci il) — Ukrayna diplomatik xidmətinin formalaşmasına və inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görə "Şərəf" ordeni I dərəcə (2 iyun 2003-cü il) — dövlət quruculuğunda Ukrayna qarşısında mühüm şəxsi xidmətlərinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə görəУказ Президента України № 458/2003 від 2 червня 2003 року "Про нагородження А. Зленка орденом "За заслуги"" II dərəcə (12 iyul 1999-cu il) — diplomatik xidmətin inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görəУказ Президента України № 818/99 від 12 липня 1999 року "Про нагородження відзнаками Президента України" III dərəcə (14 fevral 1997-ci il) — uzun illər səmərəli diplomatik fəaliyyətinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və Ukraynanın dünyada artan roluna mühüm şəxsi töhfəsinə görəУказ Президента України № 141/97 від 14 лютого 1997 року "Про нагородження відзнакою Президента України — орденом "За заслуги"" Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı "Fəxri legion" ordeni (Fransa, 1998) Ləyaqət Ordeninin Böyük Xaçı (Portuqaliya, 16 aprel 1998)Информация на сайте Президента Португалии Böyük Müqəddəs Qriqori ordeninin I dərəcəli komandiri (11 dekabr 2001, Vatikan)Acta Apostolicae Sedis, 2002. — P. 705. "Şərəf" ordeni (Gürcüstan, 2003)

Diplomatik ranq 14 sentyabr 1990-cı ildə Fövqəladə və Səlahiyyətli səfir olub.

İstinadlar

Ədəbiyyat Зленко Анатолий Максимович // Кто есть кто в России и в ближнем зарубежье: Справочник. — М.:Издательский дом "Новое время", "Всё для Вас", 1993, С. 256–257. ISBN 5-86564-033-X

Xarici keçidlər Умер первый глава МИД Украины Анатолий Зленко// Интерфакс Украина, 1.3.2021 Зленко Анатолий Максимович Зленко награждён орденом "За заслуги"

Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Ukraynanın xarici işlər nazirləri Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni kavalerləri Kateqoriya:4-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni kavalerləri Kateqoriya:Ukraynanın I dərəcəli Knyaz Yaroslav Mudrı ordeninin kavalerləri Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Kateqoriya:SSRİ diplomatları