Allin Qriqoryeviç Vlasenko (; ) — Sovet və Ukrayna dirijoru, Ukrayna SSR-nin əməkdar artisti, Ukraynanın xalq artisti (2000), Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru. Həyatı Allin Vlasenko zabit ailəsində anadan olub. Valideynlərinin, qohumlarının gözəl səsləri olduğu üçün uşaqlıqdan ukrayna mahnılarının melodiya, ahəngi və ruhunu mənimsəyib.

Təhsili Vlasenko, Xarkovda (atasının xidmət yerində) musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və uşaq xorunda solist olub. Musiqiçi olmağında ona Xarkov Konservatoriyasının o vaxtkı rektoru Vladimir Komarenko ilə tanışlığı kömək edib.

Konservatoriyanın nəzdində müəllim Q.Rıkovla birlikdə xüsusi onillik musiqi məktəbində, klarnet sinfinin orkestr şöbəsində təhsil alıb. Konservatoriya, aspirantura thumb|right|130px|Allin Vlasenko və ailəsinin məzarı, Baykovo qəbiristanlığı Allin Vlasenko, 1958-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsinə daxil olub.

Üçüncü kursda Xarkov Opera Teatrının simfonik orkestrinin klarnet qrupunun rəhbəri olub. Onun dirijorluğa üçüncü kursdan həvəsi olub. O, dosent Alisa Vidulinadan (Ukraynanın xalq artisti V. Klimovun tələbəsi, görkəmli dirijor) dirijorluğu öyrənib.

1961-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsini klarnet ixtisası üzrə bitirib.

1966-cı ildə Mixail Kanerşteynin (Kiyev) sinfində opera və simfonik dirijorluq ixtisası üzrə aspiranturaya daxil olub.

1966-cı ildən - Ukrayna Dövlət Simfonik Orkestrinin dirijoru olub. Allin Qriqoryeviçin ömrünün bu dövründə onun məsləhətçiləri və böyük yoldaşları Veniamin Tolba, Natan Raxlin, Konstantin Simeyonov, Boris Çistyakov idi. Yevgeni Mravinski və Stepan Turçak ilə dirijorluq bacarıqlarını təkmilləşdirmək imkanı əldə edib.

Müəllim fəaliyyəti Allin Vlasenko, 1967-ci ildən P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında müəllim olub.

O, yeni nəsil dirijorların yetişdirilməsi prosesində özünün dirijorluq məktəbini formalaşdırmışdır.

Onun tələbələri arasında dünya şöhrətli dirijor, Ukraynanın xalq artisti, Şevçenko mükafatı laureatı Vladimir Fedoroviç Sirenko, Viktoriya Jadko, Andrey İvaniş, Natalya Ponomarçuk, Sergey Vlasov (Rusiya), İqor Andrievski və başqaları da olub.

1971-ci ildən Kiyev Opera və Balet Teatrında çalışıb.

1993-1997-ci illərdə Xarkov Filarmonik Orkestri ilə işləyərkən bu kollektivi yenidən dirçəltmiş, onu birinci dərəcəli orkestr səviyyəsinə qədər yüksəltmiş və onları fəal çıxış etməyə həvəsləndirmişdir.

Allin Vlasenko, 23 noyabr 2021-ci ildə vəfat edib, Baykove qəbirstanlığında dəfn edilib.

Repertuarı "Dunayın o tayındakı kazak" S.Qulaq-Artemovski, "Natalya Poltovka" N.Lısenko, "Askoldun məzarı" О.Verstovsko, "Sevilya bərbəri" Coakkino Rossini, "Faust" Ş.Quno, "Traviata" Cüzeppe Verdi, "Abesalom və Eteri" Zaxari Paliaşvili, "Yaroslav Mudrı" Q.Mayborodi və başqaları. Səhnə rejissorluğu Allin Vlasenko dirijor-prodüser kimi bir sıra mühüm musiqi tərcümələri həyata keçirmişdir. Onların arasında aşağıdakılar vardır: "Meşə mahnısı", Mixail Skorulski Şelkunçik, "Yatmış gözəl" və "Üçüncü syuta" Pyotr Çaykovski, “La Bayadere”, “Paquita”, L.Minkusun "La Silfida", H.Levenşold «Напрасное предостережение» Л. Герольда, "Koppeliya" L. Deliba, "Rəqsə dəvət" xoreoqrafik miniatürləri, K.Veber “Şarka” B. Smeta Ümumilikdə onun balet və opera repertuarına 50-dən çox tamaşa daxildir. İstinadlar

Ədəbiyyat Власенко Аллін Григорович

Xarici keçidlər Пресс-центр Аллин Власенко развел руками (рус.) Василий Туркевич. Магия дирижерской палочки // газета «День», № 113, (2008).

Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Baykovo qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Ukrayna pedaqoqları Kateqoriya:Ukrayna dirijorları Kateqoriya:Ukraynanın əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Ukrayna SSR əməkdar incəsənət xadimləri