Taras Proxasko (; ) — müasir ukraynalı nasir, Stanislav fenomeninin simalarından biri.
Bioqrafiyası Taras Boqdanoviç Proxasko 16 may 1968-ci ildə İvano-Frankovskdə anadan olub. 1992-ci ildə İvan Franko Lvov Dövlət Universitetinin (indiki İvan Franko Lvov Milli Universiteti) biologiya fakültəsini bitirmişdir. İxtisasca — bioloq. 1989-1991-ci illərdə tələbə hərəkatının üzvü. Əvvəlcə İvano-Frankovsk Karpat Meşə Təsərrüfatı İnstitutunda işləyib. Sonra müəllim, gözətçi, “Veja” radiosunda aparıcı olub, rəsm qalereyasında, qəzetdə, televiziya studiyasında işləyib. Lvovdakı "Express" və "Postup" qəzetləri ilə əməkdaşlıq etdi. Ukrayna Yazıçılar Birliyinin üzvü. İndi İvano-Frankovskdə yaşayırПрохасько Т. Одної і тої самої. Meridian Czernowitz 2013. — С. 123..
İstinadlar
Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Ukraynalı yazıçılar