Ağdədə ziyarətgahı — Ermənistan SSR Zəngibasar rayonunda mövcud olmuş müsəlman qəbiristanlığı.

Haqqında Zəngibasar sakinlərinin müqəddəs ziyarətgahı sayılan Ağadədə piri Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Sarvanlar, Həbilkənd, Uluxanlı, Seyidkənd kəndlərinin əhatəsində yerləşən bu zirayətgahda öz dövrünə aid ən hörmətli şəxsləri dəfn edilmişdir. Bu müqəddəs ocaq həm müsəlmanlar və həm də xristianlar tərəfindən ziyarət edilirdi. Azərbaycanlıların 1987–1988-ci illərdə Ermənistan SSR-dən deportasiyasından sonra bu müqəddəs ziyarətgahı ermənilər tərəfindən məhv edilmişdir. Nəticəsində qəbirlər dağıdılmış, daşları parçalanaraq, sındırılmış və burada yerləşən günbəzli pir isə tamamilə yox edilmişdir.

Qəbiristanlıqda dəfn olunmuş şəxslər Məhərrəm Bağır oğlu Bayramov — Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin müavini

İstinadlar

Kateqoriya:Zəngibasar abidələri