Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır.
Toponimikası Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 454.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri