Yaroslav Melnik (, , ) — Ukrayna və litvalı yazıçısı, filosof və tənqidçiА. Л. Тараненко. Мельник Ярослав Йосипович // Енциклопедія сучасної України : [укр.] : у 30 т. / НАН України, Наукове товариство ім. Шевченка, Институт энциклопедических исследований НАН Украины. — К., 2001—…. — ISBN 944–02–3354-X..

Bioqrafiya Yaroslav Melnik 6 fevral 1959-cu ildə Ukraynanın Rovno vilayətinin Dubenski rayonunun indiki qəsəbədə statusu almış Smıqa kəndində anadan olmuşdur.

O, Lvov Universitetini və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını Ukrayna filologiyası ixtisası üzrə bitirib.

1997-ci ildə Parisin ən böyük nəşriyyatlarından biri olan Robert Laffont Yaroslavın "Les Parias d'Eden" (() romanını nəşr etdirir. O, fransız ədəbiyyatşünasları tərəfindən tanınıb və ölkə mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi onun "Uzaq kosmos" () romanını ölkənin orta məktəblərinin 11-ci sinfi üçün Ukrayna ədəbiyyatı üzrə icbari kurrikuluma daxil edib. 2018-ci ildə "Uzaq Kosmos" iki ingilis, alman və isveç yazıçısının romanları ilə birlikdə Avropa Utopiales Mükafatının beş finalçısı arasında olmuşdur.

2018-ci ildə onun "Son gün" nəsr toplusu İngiltərədə Noir press tərəfindən nəşr olunur və ingilis tənqidçiləri tərəfindən yüksək rəylər alır. Burada ukraynadilli "Piano otağı" və "Niyə yaşamaqdan doymuram " toplusundan əsərlər var. Kitab nüfuzlu beynəlxalq mükafat olan Böyük Britaniya 2019 Beynəlxalq Rubery Kitab Mükafatının finalçısı olur.

2012-ci ildə Litvada ümumtəhsil məktəblərinin məzunları Yaroslav Melnikin əsərləri əsasında qəbul imtahanı verməli olmuşlar.

Mənbə Книга года по версии BBC НА ПОГРАНИЧЬЕ РЕАЛЬНОСТЕЙ СЛУЧАЙ ЯРОСЛАВА МЕЛЬНИКА Europe book prize EN Europe book prize FR Transcript Literature Across Frontiers Books from Lithuania Relating Daily Routine to Eternity

İstinadlar

Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Litva yazıçıları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Ukrayna romançıları