Müsnəd Əbu Yala əl-Mövsili () — Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə dair Əbu Yalə əl-Mövsili tərəfindən toplanan hədislər toplusu.
Müəllif Əbu Yala hicri təqvimi ilə 210-cu ilin şəvval ayının 3-də anadan olub. O, elm axtarışında müsəlman dünyasını gəzmiş, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn əl-Mədini, Yəhya ibn Məin və o dövrün bir çox başqa üləmalarından dərs almışdır. Əbu Yaləya görə hədisləri ən-Nəsai, İbn Hibban, ət-Təbərani, İbn Ədi, İbn əl-Sünni və başqaları nəql etmişlər.
Kitabın təsviri "Müsnəd Əbu Yala"nın iki variantı var:
Müsnəd əs-Sağir (, Kiçik müsnəd) — Əbu Amrdan (Məhəmməd ibn Əhməd ibn Həmdani əl-Xiri) nəql olunan qısa variant. Hafiz Əli ibn Əbu Bəkr əl-Heysəmi "Məcmə əz-Zəvaid" əsərində bu versiyaya istinad etmişdir.
Müsnəd əkl-Kəbir (, Böyük müsnəd) — Əbu Bəkrdən nəql olunan daha uzun variant (Məhəmməd ibn İbrahim ibn Əli ibn Asim ibn əl-Mukri əl-İsfahani). Bu versiyaya əl-Heysəmi əl-Məqsəd əl-Əli, əl-Buseyri və İbn Həcər əl-Əsqəlani əsərlərində istinad etmişdir.
"Müsnədül-Mövsili" 7555 hədisdən ibarətdir və bu hədislərin nəql olunduğu Məhəmməd peyğəmbərin səhabələrinin adlarına görə təsnif edilir. Bu müsnəddə səhabələrin sayı 210 nəfərdir.
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları