Balasoltanlı və ya Bala Soltanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Etnotoponimdir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Adı Cəbrayıl rayonundakı Soltanlı kəndi ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Tarixi Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıl rayonundakı Soltanlı kəndindən köçmüş ailələr salmışlar.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 7 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası Balasoltanlı kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir.
Əhalisi 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Mənbə
İstinadlar
Əlavə ədəbiyyat Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 447-448.
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri