Birmingem derbisi () Birmingem şəhərinin iki əsas klubu — "Aston Villa" və "Birmingem Siti" arasında futbol matçlarıdır. İkinci Şəhər Derbisi ()footballderbies.com: Aston Villa FC vs. Birmingham City FC kimi də tanınır ki, bu da uzun müddət əhalisinə görə İngiltərənin ikinci şəhəri olan Birmingemin ləqəbinə istinad edir.
Bir qayda olaraq, eyni şəhəri təmsil edən "Aston Villa" (ləqəbləri — "Aslanlar") və "Birmingem Siti" (ləqəbləri — "Mavilər") və azarkeşləri bir-birlərinə barışmaz rəqiblər kimi baxırdılar. Yalnız 1988–2002-ci illər arası, 14 il müxtəlif divizionlarda çıxış etdikləri və bir-birləri ilə qarşılaşmadıqları dövr istisna təşkil edir. Bu zaman Birmingem komandalarının əsas rəqibləri Qərbi Midlands bölgəsindəki qonşuları idi: "Aslanlar" üçün "Koventri Siti" ilə oyunlar prinsipial xarakter daşıyırdı, "Mavilər" üçun isə "Volverhampton Vanderers" və "Vest Bromviç Albion" ilə matçlar çox böyük əhəmiyyət kəsb edirdi.
İstinadlar
Kateqoriya:Futbol rəqabətləri Kateqoriya:Aston Villa FK Kateqoriya:Birminhemdə idman