Quşçular — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi Azərbaycan SSR-nın 1963-cü il üçün inzibati ərazi bölgüsündə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetinin tərkibində Quşçular kəndi göstərilir. Amma qeyd olunan Quşçular kəndi 1968-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati ərazi bölgüsündə Laçın rayonun tərkibində artıq göstərilmir. Bu faktı nəzərə alaraq, sözügedən Quşçular kəndinin 1963–1968 illər ərzində ləğv olunmasını ehtimal etmək olar. Azərbaycan Respublikasının 2020-ci il üçün tərtib olunmuş inzibati ərazi bölgüsü təsnifatında Laçın rayonunun tərkibində Quşçular kəndi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun ləğv olunmuş kəndləri