thumb|Kadovasaki mayakı gəzinti mayakı statusuna malik olmasa da, yuxarıya çıxmağa icazə verilir. və ya bəzən – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var.
Haqqında Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur.
Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur.
Tarixi Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi. 1931-ci ildə Yaponiyada mayakları ziyarət etmək barədə təlimat yaradılmışdır. İkinci Dünya müharibəsindən sonra turizm populyar olmuş və turistlərin sayı çoxalmışdır. Nəticədə, bəzi mayakların ziyarətə açılması barədə qərar qəbul edilmişdir.
Gəzinti mayakı sistemi 1948-ci ilin martında başlamışdır. Sistem 13 gəzinti mayakı ilə yaradılmışdır: Kannonzaki mayakı, İnubosaki mayakı, Coqaşima mayakı, İzumo Hinomisaki mayakı, Nocimazaki mayakı, Şionomisaki mayakı, Şimizu mayakı, Dayozaki mayakı, Şioyazaki mayakı, Tsuruqisaki mayakı, Kuşirosaki mayakı, Çikiumisaki mayakı, Kattoşimisaki mayakı və Murotozaki mayakı.
29 mart 2007-ci ildə Hatsuşima mayakı sayca 15-ci gəzinti mayakı olmuşdur. 1 iyun 2018-ci ildə Şiriyazaki mayakı 16-cı gəzinti mayakı kimi ictimaiyyətə açıq elan olunmuşdur.
Siyahı Aşağıda Tokokay tərəfindən müəyyən edilmiş 16 gəzinti mayakının siyahısı verilmişdir: Şəkil Mayakın adı Yerləşməsi İstifadəyə verilmə tarixi 120px Şiriyazaki mayakı Hiqaşidori, Şimokita rayonu, Aomori prefekturası 20 oktyabr 1876 120px Nyudozaki mayakı Oqa, Akita prefekturası 8 noyabr 1898 120px Şioyazaki mayakı İvaki, Fukuşima prefekturası 15 dekabr 1899 120px İnubosaki mayakı İnubo burnu, Çoşi, Çiba prefekturası 15 noyabr 1876 120px Nocimazaki mayakı Minamisobo, Çiba prefekturası 19 yanvar 1870 120px Kannonzaki mayakı Yokosuka, Kanaqava prefekturası 11 fevral 1869 120px Hatsuşima mayakı Hatsuşima, Atami, Şizuoka prefekturası 25 mart 1959 120px Omaezaki mayakı Omae burnu, Omaezaki, Şizuoka prefekturası 1 may 1874 120px Anorizaki mayakı Şima, Mie prefekturası 1 aprel 1873 120px Dayosaki mayakı Şima, Mie prefekturası 5 oktyabr 1927 120px Şionomisaki mayakı Kuşimoto, Hiqaşimuro rayonu, Vakayama prefekturası 15 sentyabr 1873 120px Hinomisaki mayakı İzumo, Şimane prefekturası 1 aprel 1903 120px Tsunoşima mayakı Tsunoşima, Hokoku, Şimonoseki, Yamaquçi prefekturası 1 mart 1876 120px Toimisaki mayakı Toi burnu, Kuşima, Miyazaki prefekturası 22 dekabr 1929 120px Zanpazaki mayakı Yomitan, Nakaqami rayonu, Okinava prefekturası 30 mart 1974 120px Hennanzaki mayakı Miyakocima, Okinava prefekturası 27 mart 1967
İstinadlar
Kateqoriya:Yaponiya mayakları