Yamanaşi Universiteti (, Yamanashi Daigaku), — Yaponiyanın Yamanaşi şəhərində yerləşən milli universitet. Universitetin kampusları Tokiodan təxminən 120 km. qərbdə, dağlarla əhatə olunmuş Kofu hövzəsinin mərkəzində, Kofu və Çuo şəhərlərində yerləşir.

Tarixi

Yamanaşi Universitetinin mənşəyi 1795-ci ildə Tokuqava hökumətinin "Şoheizaka" məktəbinin (sonradan Tokio Universiteti) bir qolu kimi əsası qoyulan və Yamanaşi Müəllimlər Məktəbinə çevrilən "Kitenkan"dan (徽典館) gəlir. 1921-ci ildə kiçik yaşlı uşaqlar üçün Yamanaşi Müəllimlər Məktəbi və 1924-cü ildə Yamanaşi Mühəndislik Ali Məktəbi yaradıldı.

İkinci Dünya Müharibəsindən sonra bu üç məktəb Yaponiyanın yeni məktəb sisteminə uyğun olaraq Yamanaşi Universitetinə birləşdirildi.

Universitet rəsmi olaraq Yamanaşi Milli Universitet Korporasiyası adlanır. 2012-ci ildə Təhsil və İnsan Elmləri fakültəsi və Mühəndislik fakültəsi təşkil edildi və Həyat və Ətraf Mühit Elmləri fakültəsi yeni yaradıldı.https://www.yamanashi.ac.jp/modules/ynsprofile/?content_id=27 2016-cı ildə Pedaqoji-humanitar fakültəsində davamlı təhsil ləğv edilmiş və fakültə Təhsil fakültəsi adlandırılmışdır. Təhsil layihələri

Mühəndislik fakültəsinin "Asiya Musson Bölgəsində İnteqrasiya Su Resurslarının İdarə Edilməsi üzrə Tədqiqat və Təhsil" layihəsi 2002–2006-cı illər üçün XXI-ci əsr KOE Proqramı kimi qəbul edilmişdir. Onun ardınca 2007-ci ildən KOE Qlobal Proqramı "Asiya Regionunda Çay hövzəsinin İnteqrasiya edilmiş İdarəetməsində Tədqiqatın və Təhsilin Təkamülü" proqramı həyata keçirildi. Fakültələri

Yamanaşi Universiteti bakalavr və magistr şöbələrindən ibarətdir.

Universitetin 4 bakalavr və 3 magistratura fakültələri var:

Bakalavr:

Humanitar Təhsil fakültəsi Mühəndislik fakültəsi Tibb fakültəsi Həyat və Ətraf Mühit Elmləri fakültəsi

Magistr:

Təhsil fakültəsi Tibbi avadanlıqların mühəndisliyi fakültəsi Tibbi Tədqiqat və Mühəndislik fakültəsi

Kampusları

Kofu Şərq kampusu, Kofu Qərb kampusu, Tibb Fakültəsinin kampusu Kofu Şərq kampusu

Texnologiya fakültəsi:

Kooperativ Tədqiqat və İnkişaf Mərkəzi Instrumental Analiz Mərkəzi Universal məlumat mərkəzi Nanomateriallar və yanacaq elementləri üçün mərkəzlər Qabaqcıl Biotexnologiya mərkəzi Ali Təhsil mərkəzi Kristallar haqqında Elm və Texnologiya mərkəzi Oenologiya və Üzümçülük İnstitutu Beynəlxalq Təhsil Mərkəzi və Beynəlxalq Əlaqələr bürosu Kofu Qərb kampusu

Fakültələri: Təhsil, İnsan Elmləri və Həyat, Ətraf Mühit elmləri.

Yaponiya Açıq Universiteti (Yamanaşi filialı) Universitet Kitabxanası Sağlamlıq Xidməti mərkəzi Tələbə İdman zalı. Tibb Fakültəsinin kampusu

Universitet xəstəxanası Universal Tibbi Təhlil və Təcrübə mərkəzi Tibb fakültəsinin əsas kampusu Universitetin tərəfdaşları

Yamanaşi Universitetinin tərəfdaşları

Ayova Universiteti, ABŞ Şərqi Kentukki Universiteti, ABŞ Çin Elmlər Akademiyası, Çin Çin Su Ehtiyatları və Hidroenergetika Tədqiqatları İnstitutu, Çin Tianjin Universiteti, Çin Siçuan Universiteti, Çin Çin Tibb Universiteti, Çin Çində Monqolustan Tibb Universiteti, Çin İndoneziya Universiteti (Tibb Fakültəsi), İndoneziya Asiya Texnologiya İnstitutu, Tayland Khon Kaen Universiteti, Tayland Durham Universiteti, Birləşmiş Krallıq Oksford Brukes Universiteti, Birləşmiş Krallıq Texnologiya Universiteti, Avstraliya TU Drezden, Almaniya Münhen Texniki Universiteti, Almaniya

Fakültələrin tərəfdaşları

Təhsil və İnsan Elmləri Fakültəsinin tərəfdaşları Lüdviqsburq Təhsil Universiteti, Almaniya Jan Moulin Universiteti Lion, Fransa Mühəndislik Fakültəsinin Tərəfdaşları Hanyang Universiteti, Koreya Şonbuk Milli Universiteti, Koreya Çançun Tətbiqi Kimya İnstitutu, Çin Elmlər Akademiyası, Çin Vuhan Texnologiya Universiteti, Çin Jiaotong Universiteti, Çin Şimali Malayziya Universiteti, Malayziya Bravijaya Universiteti, İndoneziya Tibb fakültəsinin tərəfdaşları Karolinska İnstitutu, İsveç

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya universitetləri