Leysi məzhəbi () və ya Leysilik — islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri.
Haqqında Leysi məzhəbinin banisi-eponimi Misir müsəlman hüquqşünaslarının və dövrünün hədisşünaslarının başçısı fars mənşəli əl-Leys ibn Səddir (713–791). Əl-Leys ibn Sədin məzhəbi Misirdə geniş yayılır, lakin sonra digər məktəblərin təsiri altında tamamilə yox olur. Bu gün Misirdə əsas məktəblər Maliki, Hənəfi və Şafii məzhəbləridir. Bundan əlavə, əl-Leys ibn Sədin tələbələri arasında dərs zamanı onun sözlərini yazmaq təcrübəsinin olmaması səbəbindən onun bir əsəri də bu günə qədər gəlib çatmamışdır.
İstinadlar
Kateqoriya:İslam terminləri Kateqoriya:Sünni məzhəbləri Kateqoriya:İslam hüququ