Nenets Muxtar Dairəsi () — Rusiya Federasiyasının subyektlərindən biri; Arktika bölgəsində, Arxangelsk vilayətinin tərkibindəki muxtar dairədir. İnzibati mərkəzi Naryan-Mar şəhəridir.
Dairə Nenets xalqının tarixi məskənidir. Sahəsi 176.810 km²-dir. Əhalisi 44.000 nəfərdən azdır (2020), bu da onu Rusiyanın ən az əhalili subyektlərindən birinə çevirir.
Nenets Muxtar Dairəsi neft və qaz ehtiyatları ilə zəngindir. Barents dənizi kənarında yerləşən bu ərazidə iqlim həddən artıq sərtdir — qışda temperatur −40 °C-yə qədər enir. Yerli əhali ənənəvi olaraq maral yetişdirmə və balıqçılıqla məşğul olur.
İstinadlar
Kateqoriya:Rusiya Kateqoriya:Rusiya Federasiyasının subyektləri Kateqoriya:Rusiyanın inzibati bölgüsü Kateqoriya:1929-cu ildə yaranmış dövlətlər və ərazilər