Mehmet Mustafa Gürban () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Mehmet Mustafa Gürban 1979-cu ildə Qaziantep ilində anadan olub. İstanbul Universiteti Fənn Bölməsindən məzun olub. Konya Qida və Kənd Təsərrüfatı Universiteti Sosial Elmlər Bölməsində magistr dərəcəsi alıb.
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü və TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə iş adamları