İsmayıl Akgül () — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub.

9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub.

2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları