Öznur Bartin () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Öznur Bartin 1985-ci ildə Hakkari ilidə anadan olub. Pamukkale Universiteti Fəlsəfə Bölməsindən və Anadolu Universiteti Ədliyyə Bölməsindən məzun olub. Anadolu Universiteti Maliyyə Bölməsində təhsil alır.
HDP İpəyyol ilçə şöbəsinin həmsədri və Van il şöbəsinin həmsədri olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Subaydır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları