Əbu Əbdürrəhman əs-Suləmi əl-Kufi (; ) — hədis ravisi, Quran hafizi.
Bioqrafiya Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Suləmi Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Suləminin hicri 73-cü (692/693) və ya hicri 74-cü (693/694) ildə Kufədə vəfat etdiyi güman edilirتهذيب الكمال للمزي " عَبْد اللَّهِ بن حبيب بن ربيعة نسخة محفوظة 13 مارس 2020 على موقع واي باك مشين.
Əbu Əbdürrəhman əs-Suləmi Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir.
Onun tələbələri arasında: Asim ibn Əbun-Nücud, Yəhya ibn Vətəba, Əta ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Amir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilidirilib. Əbu Əbdürrəhman əs-Suləmi heç vaxt Quran oxumaq üçün ödənc almamışdır .
Əbu Əbdürrəhman əs-Süləmi hədislərin nəqlçisi idi. O, Ömər ibn Xəttab, Osman ibn Əffan,سير أعلام النبلاء » بقية الطبقة الأولى من كبراء التابعين » أبو عبد الرحمن السلمي Abdullah ibn Məsud,الطبقات الكبرى لابن سعد - أبو عبد الرحمن السلمي (1) Huzeyfə ibn əl-Yəman, Xalid ibn Vəlid, Səd ibn Əbu Vəqqas, Əbu Musa əl-Əşəri, Əli ibn Əbu Talib, Əbu əd-Dərda və Əbu Hüreyrədən hədis rəvayət etmişdir. Ondan rəvayət etmişlər: Asim ibn Əbu ən-Nücud, Əbu İshaq əl-Subayi, Əlqamə ibn Mərtəd, Əta ibn əs-Sahib İbrahim ibn Yezid ən-Nahi, İsmayıl ibn Əbdürrəhman əs-Sədi, Səd ibn Ubeydə, Səid ibn Cübeyr, Osman ibn əl-Muğirə əs-Səqəfi, Qeys ibn Vəhb, Müslim əl-Batin, Əbu Hüseyn əl-Əsədi və bتهذيب الكمال للمزي » عَبْد اللَّهِ بن حبيب بن ربيعة .
İstinadlar
Kateqoriya:Quran qariləri Kateqoriya:Ravilər Kateqoriya:Tabiinlər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Müsəlman teoloqlar