thumb|260px|Vampir qadın Vampir (Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 253)) və ya Qaniçən — yarı insan, yarı heyvan mifik məxluqlar. Azərbaycan mifologiyasında "Xortdan" adlanır.

"Vampir" və "Vampirizm" İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Modern Vampir termininin mənşəyi Slavyan və Türk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayı və Pontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləri və türkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.)

Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdirVampire – noun. In stories a dead person who leaves his or her grave at night to suck the blood of living people. Oxford Advanced learners Dictionary of Current English. Sixth edition. Oxford university press. 2005. page 1435.

Con Haynrix Zopfius özünün 1733-cü il tarixli "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər…".

Skoffern isə özünün "Stray Leaves of Science and Folk lore" ("Elmin və folklorun baxımsız yarpaqları") adlı əsərində yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır. Yaşayan ölü bədən!..".

Bu söz ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkcə – hortlak, rusca, ukrainca, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.

Qərb ədəbiyyatında "vampir" sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş "Oxford English" lüğətindəOxford English Dictionary (2nd edition). (1989). Ed. J. Simpson, E. Weiner (eds). Oxford: Clarendon Press. ISBN 0-19-861186-2. rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanydə nəşr edilmiş "Travels of Three English Gentlmen" ("Üç ingilis centlmeninin səyahəti", Samuel Conson)adlı macəra əsərində işlənmişdir. Əsərdə qəbirdən şər ruhla xortlayaraq insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır.

"Vampirizm" anlayışına gəlincə, "vampir" sözü və "izm" sözdüzəldici şəkilçisindən əmələ gəlib leksikonumuza daxil olan və demək olar ki, bütün dünya dillərində işlənən bu söz dar mənada vampirlərin mövcudluğu ilə bağlı cərəyanı ifadə edir. Geniş mənada isə bu söz fikrimizcə, vampirlərin real olmasına, başqa sözlə, həqiqətdə mövcudluğuna dair həm nəzəriyyədə, həm də təcrübədə yaranan ziddiyyətli məsələlərin həllini əhatə edən fikirlərin məcmusundan ibarət bir dünyagörüşü anlamını əks etdirir.

Vampir və vampirizmlə bağlı sistemli və müntəzəm araşdırmalar aparan şəxslər isə vampiroloq (ingiliscə vampirologist) adlanır.

Digər əfsanəvi varlıqlardan fərqi Macar dilinin köklərini araşdırmaq məqsədilə Orta Asiyaya qədər dərviş qılığında səfər edən Professor Arminius Vambery'e görə: "Osmanlı dövründə məşhur bir inanca görə vampirlər ağac oyuqlarında gizlənirlər və oralarda ovlanırlarmış. Ələ keçirilən vampirlərin kəlləsi kəsildikdən sonra bir çuvala qoyulub dənizə atılarmış."

Tarixdə insanlar tərəfindən vampirlər kimi bir sıra digər əfsanəvi varlıqlara da sadəlövhcəsinə inam olmuşdur. Bunlara bahamut, su pərisi, zombi, golem, qrifon, enkebit, faun, fantom, yutpa, div, qulyabanı, qurd adam, simurq, peqasus, troll, tək buynuz, təpəgöz və bir sıra digər məxluqların adlarını misal göstərmək olar. Bunlar içərisində vampirlərə ən çox bənzəyən, lakin onlardan əhəmiyyətli dərəcədə fərqlənən əfsanəvi varlıqlar zombi, qurd adam və qulyabanıdir. Adları sadalanan əfsanəvi varlıqların vampirlərdən tam fərqli məxluqlar olduğunu göstərmək üçün onlar haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirik:

Zombi – Vudunun Afro-Caribbean və Creole ruhani inanc sistemində ölümsüz bir insan olduğuna inanılır. Guya zombilər (insanların ölü bədənləri) fövqəltəbii qüvvələrin təsiri vasitəsilə insanlarda qorxu yaratmaq üçün canlandırılır. "Zombi" vudu ilan allahı Niger-Congonun adıdır. Bu söz konqo dilindəki tanrı mənasını ifadə edən "nzambi" kəlməsinə bənzəyir. Qurd adam – Qurda çevrilə bilən yarı qurd, yarı insan xüsusiyyətlərinə malik əfsanəvi varlıqdır. Yunan tarixçisi Herodot istədiyi zaman insana və ya qurda çevrilə bilən bir varlıqdan bəhs etmişdir. Deyilənlərə görə qurd adam adlı bu məxluq insan yeyir və qurda çevrildiyi zaman öz insan səsini və gözlərini dəyişmir. Həmin vaxt o vəhşi bir qurd tək güclü olur. Müxtəlif xalqların tarixində qurd adamla bağlı bir çox əfsanələrə rast gəlmək mümkündür. Qulyabanı – Əfsanəyə görə bu varlıq səyahət edənlərə hücum edib onları məhv edirmiş. İnsan yeyən bir varlıq kimi təsəvvür edilən qulyabanı guya yaşlı olub uzun saqqala malikdir.

Ümumiyyətlə, qeyd edək ki, heç bir elmi əsasları olmayan bu əfsanəvi varlıqlar reallıqda mövcud olmayıb yalnız və yalnız insan beyninin fantaziyasının məhsulu kimi meydana çıxmışdır.

Vampirizm mifinin tarixi Vampir əfsanəsinin kökünü Mesopotamiyadakı Dəclə və Fərat çaylarının yaxınlığında olan gil və daş lövhələrin üzərində yazılmış assuriya yazılarında axtarmaq lazımdır.

Assuriyada gözə görünməyən və insanları təsiri altına sala bilən "Ekimmu" adlı vampirin varlığına inanılırdı. Əfsanəyə görə o, taxtadan düzəldilmiş silahlarla, yaxud da pis ruhları qovan birinin köməkliyi ilə məhv edilə bilərmiş. Vampirlər haqqında olan əfsanələrin köklərini qədim Babilistanda axtaranlar da az deyil. Bundan başqa, ibranilərin müqəddəs kitabında adı keçən lilit böyük ehtimal ki, ilk vampirlərdəndir. Lilit gecələri bayquş cildinə girib dolaşaraq ovlamaq üçün uşaqları və qadınları axtarırdı. Əfsanəyə görə lilit Adəm peyğəmbərin guya Həvvadan qabaq arvadı olmuş, sonralar Adəmə itaət etməkdən imtina edərək şeytanın tərəfinə keçmişdi. Çünki o, artıq hər şeyə pisliyin gözü ilə baxırdı. Nəticə olaraq o, Adəmlə Həvvanın övladlarına, yəni bütün insan soyundan olanlara hücum edən bir vampirə çevrilmişdir.

Modern Vampir termininin mənşəyi Slavyan və Türk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayı və Pontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləri və türkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.)

Vampirə oxşar qanı beyninə sıçramış insan kimi təsəvvür olunan "Ching shih" adlı varlığa qədim Çin əfsanələrində də rast gəlmək mümkündür. Əfsanəyə görə bu məxluq öz qurbanını zəhərli nəfəsi və ya qanını əmərək öldürürmüş. Deyilənə görə onu adi silahla və ya günəş işığından istifadə etməklə yaralamaq və hətta öldürmək olarmış.

Qədim Hindistan tarixində isə "qaniçənlər" haqqında olan miflərin kökü hələ eramızdan əvvəl 3-cü minilliyə qədər gedib çıxır. İndiki Hindistanın, Nepalın və Tibetin ümumi sərhədinin keçdiyi Hind çayı vadisində qayalar üzərində yaşıl sifətli, tutqun göy bədənli və uzun köpək dişləri aydın seçilən allahların təsvirləri və bütləri qalmaqdadır. Onlardan biri olan Qədim Nepal ölüm Allahı içərisində qanlı bir hovuzun içində qaya kimi ucalan skilet yığınları üzərində əlində qanla dolu kəllə qapağına oxşar bir piyalə tutmuş vəziyyətdə təsvir olunmuşdur. Divara çəkilmiş bu təsvirlərdən bəzilərinin tarixi e.ə. 3-cü minillikə qədər gedib çıxır. Vampirizmlə bağlı fikirləri ilə tanınan Dehli Universitetinin professoru Varma həmin ölüm allahını, eləcə də Tibet iblisini və qədim monqol zaman allahını mifologiya tarixində ilk vampirlər hesab edir. Hind ədəbiyyatı tarixində vampirlər təxminən eramızdan 1500 il əvvələ aid olan yazılarda rakşasa (qədim hind dilindən tərcümədə – "mühafizə edən" deməkdir. Heyvan üzlü bir insan və ya insan üzlü bir heyvan olaraq təsəvvür edilən bu varlıqlar guya qurbanlarının ətini yeyib, qanını içərmişlər) və laqsuiram (körpələrin qanını soran yaraşıqlı qadınlar) adlandırılmışdır. Onu da qeyd edək ki, Qədim Hindistan rəvayətlərində ağacdan başı aşağı vəziyyətdə asılmış, yarasaya bənzər və qana ehtiyac duyan "Baital" adlı vampirə oxşar varlıqdan da söhbət açılır. Bundan başqa, Qərbi Hindistanda yaşlı qadın cildində gecə vaxtı insanları ovlayan "Loogaro" adlı vampirdən də bəhs olunur.

Malayziya əfsanələrində isə vampirlərə "penangalen" deyirlər. Bu bədənsiz baş guya uşaqların qarnında yuva salaraq onları içəridən yeyərmiş.

Şərqi Avropada qaraçılar "Mulo" adlı məxluqun varlığına inanırdılar. Deyilənə görə "Mulo" insanın ruhu olub gecələri öz cəsədini məzarında tərk edərək günəşin ilk şəfəqi ilə geri qayıdarmış. Əfsanəyə görə onlar görünməz olsalar da, ona inanan insanların gözünə əsl bədənləri ilə görünə bilərmiş. Şərqi Avropada qaraçılar həmçinin, "erkək mulolar"ın dul qaraçı qadınları hamilə etdiyinə və ondan doğulan "dhampir" adlı vampirin də mövcudluğuna inanırdılar.

Vampirlərlə bağlı əfsanələrə başqa xalqların mifologiyasında da rast gəlmək mümkündür. Məsələn, ərəblərin 1001 gecə nağıllarında insan ətini yeyən "Aqul" adlı dişi vampirə bənzər məxluqlarla bağlı hekayələr vardır.

Kökü ruhlara dayanan Afrika inanclarında da vampir əfsanəsinin izləri vardır. Belə ki, Afrikanın bəzi qəbilələrində bir ölünün təkrar diriləcəyinə, onun canlı bir varlığın qanı ilə yaşaya biləcəyinə inanılır. Qərbi Afrikada dəmir dişləri və qarmaq ayaqları olan insanabənzər "Asasabonsam" adlı vampirlərin də mövcudluğuna inanılırdı. Əfsanəyə görə onlar qarmaq ayaqları ilə ağacdan başı aşağı vəziyyətdə sallanaraq yaşayır, qurbanlarının barmaqlarından dişləyirdilər. Yeni Ginenin Camma qəbiləsində Ovengua cini və ya Borneo adasında yaşayan Dayak qəbiləsindəki "Buau" adlı məxluq da oxşar inanışlara dayanan varlıqlardır.

Vampirlərlə bağlı digər maraqlı rəvayət isə İngiltərə tarixinə aiddir. 1200-cü illərdə İngiltərədə yaşayan dindar Walter Map adlı şəxs bir vampirin bütöv kənd əhalisinin qanını əmərək öldürdüyünü iddia etmişdir. Mapın söylədiyinə görə guya kənddə sağ qalan sonuncu insan qılıncı ilə qana susamış vampirin başını iki yerə bölmüşdür.

Tanınmış vampir tədqiqatçısı Montague Summers 1928-ci ildə Londonda, 1929-cu ildə isə Nyu-Yorkda təkrar çap olunan "The Vampire: His Kith & Kin" ("Vampir – qohumları və ailəsi") adlı əsərində (Giriş, 5 bölmə və biblioqrafiya hissələrindən ibarət olan bu kitabda vampirlərin mənşəyi, kökü, eləcə də onlara aid edilən xüsusiyyətlər, həmçinin Assuriyada, şərqdə və bir sıra qədim ölkələrdə vampirlərin tarixi, habelə ədəbiyyatda vampirlərlə bağlı yazılan əsərlər haqqında ətraflı şəkildə söhbət açılır) ispanların gəlişindən əvvəl vampirlərin Meksikada primaeval meşələrində yaşamış olduğunu söyləyir. Bu ölkədə gecələr uşaqları ovlayıb qanlarını içən, öz ayaqlarını bədənindən ayıraraq forma dəyişdirə bilən "Tlahuelpuchi" adlı vampirin mövcudluğuna inanılırdı. Meksika əfsanələrində gənc uşaqları vampirə çevirən "Civaveteo" adlı vampirlərdən də bəhs olunur.