Ahmet Önal () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı.
Həyatı Ahmet Önal 1983-cü ildə Kırıkkale ilində anadan olub. Kırıkkale Universitetinin Hüquq bölməsini bitirib.
Kırıkkale Vəkillər Kollegiyasında çalışıb.
Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2015–2018-ci illərdə CHP Kırıkkale il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə Kırıkkale ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci və 28-ci çağırışda Milli Müdafiə Komissiyasının üzvü olub.
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları