Türkiyə Maoçu Kommunist Partiyası (; MKP) Türkiyədə marksist–leninist–maoçu üsyançı təşkilat. Türkiyədi maoçu təşkilatların ən əhəmiyyətlisidir. İbrahim Qaypaqqayanın mirasını qoruyur. Onun iki silahlı qanadı var: Xalq Partizan Qüvvələri ( və ya PHG) və Xalq Qurtuluş Ordusu ( və ya HKO ). MKP İnqilabçı İnternasionalist Hərəkatının bir hissəsi idi və Balkanlar Kommunist və İşçi Partiyalarının Konfransında iştirak edirdi.

Strukturu Partiyanın iki silahlı qanadı var: kənd yerlərində Xalq Qurtuluş Ordusu və şəhərlərdə Xalq Partizan Qüvvələri. Maoçu Gənclər Birliyi () MKP-nin gənclər təşkilatıdır. Maoçu Qadınlar Birliyi () MKP-nin qadın təşkilatıdır. Partiyanın "Devrimci Demokrasi" və "Sınıf Teorisi" adlı iki dövri nəşri var.

Fəaliyyəti 2009-cu ilin mart ayında Kandıra F tipli həbsxanada 2000-ci ildə aclıq aksiyası keçirən həkim Tamer Bilici MKP-HKO tərəfindən "xalq düşməni" elan edilərək "cəzalandırılmışdır", çünki o, məhbusların ölümlərində və daimi əlilliklərində günahkar bilinirdi. 2009-cu ilin sentyabrında MKP-HKO istefada olan polkovnik Aytəkin İçməzin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 2015-ci ilin iyununda MKP-PHG keçmiş polkovnik Fəhmi Altınbiləki öldürmüşdür.

Terror təşkilatı kimi təyin edilməsi Təşkilat Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə və Əməliyyatlar Şöbəsinin 2007-ci il tarixinə görə Türkiyədə fəaliyyət göstərən 12 terror təşkilatı sırasında yer almışdır.TÜRKİYE'DE HALEN FAALİYETLERİNE DEVAM EDEN BAŞLICA TERÖR ÖRGÜTLERİ:

İstinadlar

Xarici keçidlər

Halkin Gunlugu - news portal related to MKP First Congress of the Maoist Communist Party of Turkey, Revolutionary Worker #1187 History of the Communist Movement in Turkey People's March

Kateqoriya:2002-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1994-cü ildə yaranan siyasi partiyalar Kateqoriya:Türkiyədəki siyasi partiyalar Kateqoriya:Türkiyədə maoçuluq Kateqoriya:Türkiyə tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar