Qurbanəfəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qurbanəfəndi kənd inzibati ərazi dairəsində kənd. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Qurbanəfəndi kəndi Topçu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurbanəfəndi kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Tarixi Kənd "Şirinsu–Qız qalası" turizm zonasında, İsmayıllı–Qəbələ şossesinin 14-cü km-də, yolun kənarında yerləşir. Kənd işıqla təmin olunur. Kənd əhalisi əkinçilik, maldarlıqla və bostançılıqla məşğul olur. Burada yerləşən Şirinsu istirahət zonası ilboyu yüksək səviyyədə xidmətə malikdir. Burada 80 nəfərlik Şirinsu turizm kompleksinin tikilməsi nəzərdə tutulub. İsmayıllı–Qalacıq daxili turist marşrutu, İsmayıllı–Qalacıq–Quba və İsmayıllı–Qalacıq–Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.

Əhalisi Əhali əsasən Dağıstanın Kuruş kəndindən buraya köçən ləzgilərdən ibarətdir. Əhalisi 1157 nəfərdir ki, onun da 570 nəfəri kişi, 587 nəfəri qadındır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri