Qızqəbri kurqanı — Azərbaycanın Laçın rayonunda kurqan. Kurqan rayonun Cicimli və Güləbird kəndləri ərazisində, eyniadlı yüksəklikdə yerləşir. Ondan 200–280 metr aralıda başqa bir kurqan yerləşir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 1459 inventar nömrəsi ilə əlavə edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycandakı kurqanlar Kateqoriya:Laçın rayonunun abidələri