İsgəndər Nəcəf oğlu Məlikov () — Azərbaycanı üzümçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950).
Həyatı İsgəndər Məlikov 1911-ci il fevralın 10-da Yelizavetpol qəzasının Yelizavetpol şəhərində anadan olub.
1948-ci ildən Azərbaycan üzümçülük sovxozunun direktoru, Azərbaycan SSR yeyinti sənayesi nazirinin müavini, Kirovabad şəhər Fəhlə Deputatları Soveti icraiyyə komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır. 1949-cu ildə 81 hektar sahədən hər hektardan 189,2 sentner üzüm məhsulu almışdır.
1962-ci ildən Xanlar Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi olmuşdur.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 sentyabr 1950-ci il tarixli fərmanı ilə 1949-cu ildə suvarılan üzüm bağlarında yüksək üzüm məhsulu əldə etdiyinə görə Məlikov İsgəndər Nəcəf oğlu "Lenin" ordeni və "Oraq və çəkic" medalı ilə təltif olunmaqla Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда работникам виноградарских совхозов Министерства пищевой промышленности СССР по Азербайджанской ССР" от 4 сентября 1950 г. // Ведомости Верховного Совета СССР. — 13.09.1950. — № 27 (642). — С. 1.
1946-cı ildən Sov.İKP-nın üzvü olmuş, Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir.
1971-ci il martın 5-də Xanlar şəhərində vəfat etmişdir.
İstinadlar