Şəhərçay körpüsü ― Miyanə şəhərində Şəhərçay çayının üzərində yerləşən tarixi körpü. Körpünün Hülakülər və ya Səfəvilər dövründə tikilməsi ilə bağlı məlumatlar var.

Körpü 1969-cu il avqustun 19-da İranın milli abidələrindən biri kimi qeydə alınıb.

Haqqında Şəhərçay körpüsünün dəqiq hansı tarixdə tikilməsi məlum deyil. Bəzilərinə görə bu körpü Hülakülər dövründə, bəzilərinə görə isə Səfəvilər dövründə tikilib. Miyanə şəhərindən 12 km cənubda yerləşir. Uzunluğu 260 metr, 23 tağdan ibarət olan körpü Şərqi Azərbaycanın ən uzun körpüsüdür. Özülü daşdan özü isə kərpicdən tikilib. Körpü Səfəvilər dövründə və XIX əsrdə Abbas Mirzənin hakimiyyəti dövründə bərpa edilib. 1969-cu il avqustun 19-da İranın milli abidələrindən biri kimi qeydə alınıb.

Həmçinin bax Acıçay körpüsü Marağa körpüsü

İstinadlar

Kateqoriya:Miyanənin görməli yerləri Kateqoriya:Səfəvi memarlığı