Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir.
İnzibati-ərazi bölgüsü AĞDƏRƏ RAYONU – 61200001
İnzibati ərazi dairələrinin sayı: Ərazi vahidlərinin sayı:
Şəhər . . 1 Şəhər . . . 1
Qəsəbə . . 1 Qəsəbə . . . 1
Kənd . . 29 Kənd . . . 57 KODLARADLARKODLARADLAR61201005
61201014
61202005
61202018
61203005
61203018
61203028
61203038
61204005
61204018
61205005
61205018
61205028
61206005
61206018
61206028
61206038
61207005
61207018
61207028
61207038
61208005
61208018
61209005
61209018
61209028
61209038
61210005
61210018
61210028
61210038
61211005
61211018
61211028
61212005
61212018
61212028
61212038
61212048
61213005
61213018
61214005
61214018
61215005
61215018
61215028
61215038
61216005
61216018
61217005
61217018
612170281. Ağdərə şəhər iəd
A ğ d ə r ə ş.
2. Ağabəyyalı kənd iəd
A ğ a b ə y y a l ı k.
3. Aşağı Oratağ kənd iəd
A ş a ğ ı O r a t a ğ k.
Dəmirli k.
Qasapet k.
4. Baş Güneypəyə kənd iəd
B a ş G ü n e y p ə y ə k.
5. Canyataq kənd iəd
C a n y a t a q k.
Gülyataq k.
6. Çardaqlı kənd iəd
Ç a r d a q l ı k.
Lüləsaz k.
Meqrelalay k.
7. Çaylı kənd iəd
Ç a y l ı k.
Suqovuşan k.
Təpəkənd k.
8. Çərəktar kənd iəd
Ç ə r ə k t a r k.
9. Çıldıran kənd iəd
Ç ı l d ı r a n k.
Dəvədaşı k.
Mehmana k.
10. Dovşanlı kənd iəd
D o v ş a n l ı k.
Bazarkənd k.
Hayad k.
11. Heyvalı kənd iəd
H e y v a l ı k.
Yayıcı k.
12. Həsənqaya kənd iəd
H ə s ə n q a y a k.
Çiləbürt k.
Göyarx k.
Maralyansarov k.
13. Həsənriz kənd iəd
H ə s ə n r i z k.
14. Xatınbəyli kənd iəd
X a t ı n b ə y l i k.
15. İmarət Qərvənd kənd iəd
İ m a r ə t Q ə r v ə n d k.
Çapar k.
Zardaxaç k.
16. Kiçik Qarabəy kənd iəd
K i ç i k Q a r a b ə y k.
17. Kolatağ kənd iəd
K o l a t a ğ k.
Damğalı k. 61218005
61218018
61218028
61219005
61219018
61219028
61219038
61220005
61220018
61221005
61221018
61222005
61222018
61222028
61223005
61223018
61224005
61224018
61225005
61225018
61225028
61225038
61225048
61226005
61226016
61227005
61227018
61228005
61228018
61229005
61229018
61229028
61230005
61230018
61230028
61230038
61231005
61231018 18. Qızılqaya kənd iəd
Q ı z ı l q a y a k.
Yuxarı Oratağ k.
19. Qızıloba kənd iəd
Q ı z ı l o b a k.
Seysulan k.
Yarımca k.
20. Qozlu kənd iəd
Q o z l u k.
21. Qozlukörpü kənd iəd
Q o z l u k ö r p ü k.
22. Məlikli kənd iəd
M ə l i k l i k.
Qazançı k.
23. Narınclar kənd iəd
N a r ı n c l a r k.
24. Orta Güneypəyə kənd iəd
O r t a G ü n e y p ə y ə k.
25. Sırxavənd kənd iəd
S ı r x a v ə n d k.
Ballıqaya k.
Bəşirlər k.
Qaraşlar k.
26. Şıxarx qəsəbə iəd
Ş ı x a r x q.
27. Talış kənd iəd
T a l ı ş k.
28. Ulu Qarabəy kənd iəd
U l u Q a r a b ə y k.
29. Umudlu kənd iəd
U m u d l u k.
Zəylik k.
30. Vəngli kənd iəd
V ə n g l i k.
Çormanlı k.
Şahmansurlu k.
31. Yeni Qaralar kənd iəd
Y e n i Q a r a l a r k. Tarixi SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci ildə ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü il tarixli qanun ilə Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 1 yanvar 1977-ci il tarixinə rayon ərazisində 24 Sovetlikdə (2 qəsəbə Sovetliyi, 22 kənd Sovetliyi) 3-ü qəsəbə və 57-i kənd olmaqla 60 yaşayış məntəqəsi mövcud olmuşdur: 1. Mardakert qəsəbə Sovetliyi (Mardakert qəsəbəsi, Karmiravan kəndi) 2. Leninavan qəsəbə Sovetliyi (Leninavan qəsəbəsi, Levonarx kəndi, Həsənqaya kəndi, Maralyansarov kəndi) 3. Araçadzor kənd Sovetliyi (Araçadzor kəndi, Tomaqahoğ kəndi, Hayad kəndi) 4. Arutyunaqomer kənd Sovetliyi (Arutyunaqomer kəndi, Verin Oratağ kəndi) 5. Aterk kənd Sovetliyi (Aterk kəndi) 6. Vaqaus kənd Sovetliyi (Vaqaus kəndi) 7. Vəngli kənd Sovetliyi (Vəngli kəndi, Şahmasur kəndi, Qarnakar kəndi) 8. Verin Çaylı kənd Sovetliyi (Verin Çaylı kəndi, Nerkin Çaylı kəndi, Dostagir kəndi, Suqovuşan kəndi, Tonaşen kəndi) 9. Canyataq kənd Sovetliyi (Canyataq kəndi, Gülyataq kəndi, Maniklu kəndi, Xatınbəyli kəndi) 10. Drmbon kənd Sovetliyi (Drmbon kəndi, Qoçoqot kəndi) 11. İmarət Qərvənd kənd Sovetliyi (İmarət Qərvənd kəndi, Zardaxaç kəndi, Çapar kəndi, Getavan kəndi) 12. Qazançı kənd Sovetliyi (Qazançı kəndi) 13. Kolatağ kənd Sovetliyi (Kolatağ kəndi, Damğalı kəndi) 14. Mağavuz kənd Sovetliyi (Mağavuz kəndi, Akop Kamari kəndi, Minqrelsk kəndi, Cerabert kəndi) 15. Metsşen kənd Sovetliyi (Metsşen kəndi) 16. Möhrətağ kənd Sovetliyi (Möhrətağ kəndi, Ağabəyələnc kəndi) 17. Nareştar kənd Sovetliyi (Nareştar kəndi) 18. Nerkin Oratağ kənd Sovetliyi (Nerkin Oratağ kəndi, Qasapet kəndi, Dəmirli kəndi) 19. Seysulan kənd Sovetliyi (Seysulan kəndi, Yarımca kəndi) 20. Sırxavənd kənd Sovetliyi (Sırxavənd kəndi, Kiçan kəndi) 21. Talış kənd Sovetliyi (Talış kəndi) 22. Umudlu kənd Sovetliyi (Umudlu kəndi, Zəylik kəndi) 23. Çərəktar kənd Sovetliyi (Çərəktar kəndi) 24. Çıldıran kənd Sovetliyi (Çıldıran kəndi, Mehmana kəndi, Poqosaqomer kəndi) Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.s:Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunu
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan (Leninavan qəsəbəsinin indiki adı Şıxarx ) qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan (indiki adı Qızıloba) və Mağavuz (Mağavuz kəndinin indiki adı Çardaqlı ) kənd Sovetinin Cerabert (indiki Çiləbürt ) kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir.Ağdərə əməliyyatından 16 il ötür 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etmişdi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu. Həmin qərara əsasən rayonun Xatınbəyli, Qazançı, Maniklu (indiki Məlikli), Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan (indiki Ballıqaya) kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas (indiki Qozlu), Kotavan (indiki Qozlukörpü), Verin Oratağ (indiki Yuxarı Oratağ), Arutunaqomer (indiki Qızılqaya), Qoçoqot (indiki Yayıcı), Poqosaqomer (indiki Dəvədaşı), Drombon (indiki Heyvalı), Çıldıran, Mehmana, Araçadzor (indiki Dovşanlı), Hayad, Tomaqahoğ (indiki Bazarkənd), Şahmasur (indiki Şahmansurlu), Vənkli (indiki Vəngli), Qarnakar (indiki Çormanlı), İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk (indiki Həsənriz), Nareştar (indiki Narınclar), Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen (Ulu Qarabəy), Möhrətağ (Kiçik Qarabəy), Ağabəyələnc (Ağabəyyalı), Mağavuz (Çardaqlı), Akop Kamari (Lüləsaz), Minqrelsk (Meqrelalay), Nerkin Oratağ (Aşağı Oratağ), Qasapet, Canyataq, Dəmirli, Gülyataq, kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri və digər məntəqələr Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.