Fransua Jozef Pol de Qrass ( ; ) — Fransa admiralı, ABŞ İstiqlal müharibəsi iştirakçısı.
Həyatı Fransua Jozef Pol de Qrass Avstriya irsi uğrunda müharibədə iştirak etmiş, Tulon döyüşündə əsas fiqurlardan biri olmuşdur. ABŞ İstiqlal müharibəsində, həmçinin Britaniya, Niderland, Fransa və İspaniyanın Vest-Hind adalarında və Şimali Amerikada müstəmləkə müharibəsində Fransua gəmilər diviziyasına komandanlıq etmişdir. 29 aprel 1781-ci ildə böyük bir konvoyun Martinikaya gəlməsini müvəffəqiyyətlə təmin etmiş və sonra Tobaqo adasını işğal etmişdir. Fransua Çesapik körfəzində Britaniya donanmasını dəf etmişdir. General Lafayet ilə birlikdə Fransua ABŞ İstiqlal müharibəsində amerikalılara əhəmiyyətli töhfə vermişdir. 1788-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Admirallar Kateqoriya:Fransa qrafları Kateqoriya:Malta cəngavərləri Kateqoriya:ABŞ İstiqlal müharibəsinin fransız hərbi qulluqçuları