Dardərə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Dardərə adlanan yerdə salınmışdır. Oykonim kəndin yerləşdiyi ərazinin coğrafi mövqeyini təyin edir, "Dardərədə salınmış kənd" mənasındadır.

Tarixi Kəndin keçmiş adı "Mollalı" və ya "Molla Məmməd" olmuşdur.

Coğrafiyası və iqlimi Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sol sahilindən 2 km aralı, dağ ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar Qeyd19991575998Kitabda əhali sayı göstəricisi Əhmədlikəndinin əhali sayı göstəricisi ilə qarışdırılmışdır.2009↘155↗80↘75

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə Daşkəsən rayon Dardərə kənd ibtidai məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Əhmədli (Əhmədli, Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri