Əbu İsa Məhəmməd ibn İsa əs-Salami əd-Dərir əl-Buği ət-Tirmizi (; ) — fars əsilli İslam alimi və mühəddis. O, altı böyük hədis məcmuədən biri olan və "Sünəni-Tirmizi" olaraq adlanan "əl-Cəmius-Səhih" kitabının müəllifidir. O, həmçinin islam peyğəmbəri Məhəmmədin şəxsiyyəti və xarici görüşünü ilə bağlı hədislər toplusu olan, "Şəmail ət-Tirmizi" kimi tanınan "Şəmail əl-Məhəmmədiyyə" adlı əsərin də müəllifidir.
Həyatı Tirmizinin adı Məhəmməd, künyəsi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir.
Əbu İsa Məhəmməd ibn İsa ibn əd-Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və Buxari, Müslüm ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Məhəmməd ibn İsa Tirmizi Abbasi xəlifəsi Məmun dövründə anadan olub. Doğulduğu il 209-cu hicri (824/825) olaraq bildirilmişdir. Yalnız Zəhəbi Tirmizinin hicri 210-cu (825/826) ilə yaxın doğulduğunu bildirir. Buna görə də bəzi mənbələr onun doğulduğu ili hicri 210-cu il kimi göstərmişlər. Bəzi mənbələrdə onun Məkkədə doğulduğu göstərilir. Bir çoxları onun Tirmizdə İndiki Özbəkistanın cənubu (Termez) doğulduğunu bildirir. Əlbəttə daha güclü rəydə budur. Daha dəqiq desək, o, şəhərətrafı ərazilərdən birində, Buq kəndində anadan olub. Buna görə də "Tirmizi" "Əl-Buği" deyirlər.
Yaradıcılığı Sünəni-Tirmizi Şəmail ət-Tirmizi
Həmçinin bax Hədis Kutubi-sittə Səhihi Buxari Buxari Səhihi Müslim Müslüm ibn Həccac Əbu Davud Sünəni-Əbu Davud
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünni imamları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar