Horton kimi eşidir? () — 2008-ci il ABŞ istehsalı animasiya filmi. Film Dr. Syuzun 1954-cü ildə yazdığı eyni adlı uşaq kitabı əsasında çəkilmişdir. Animasiyası "Blue Sky Studios" tərəfindən hazırlanmışdır. Filmin rejissorları Cimmi Heyvord və Stiv Martinodur (bu onların rejissorluq debütləridir). Əsas personajları Cim Kerri və Stiv Karell səsləndirmişdir.

Məzmun Bir gün Horton vanna qəbul edərkən havada üzən toz zərrəsindən kiçik bir səsin gəldiyini eşidir. O, həmin tozun üzərində yaşayan Kimlər şəhəri () adlı bütöv bir mikroskopik dünya olduğunu kəşf edir. Horton Kimləri eşidə bilən və onlarla ünsiyyət qurmağı bacaran yeganə heyvandır. Horton töz zərrəsini çəhrayı yoncanın üstünə qoyur və onları qoruyacağına söz verir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngilis dilində macəra komediya filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Con Pauellin bəstəkarı olduğu filmlər Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri Kateqoriya:2008-ci ilin rejissor debütləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri