Leon Skott Kennedi (, Reon Sukotto Kenedi, ) — "Capcom" şirkətinin yaratmış olduğu "Resident Evil" videooyun seriyasında görünən personaj. O, 1998-ci ildə buraxılmış "Resident Evil 2" oyununda Kler Redfild ilə birlikdə oynana bilən personaj kimi təqdim edilmişdir. Leon altı il sonra "Resident Evil 4" oyununda ABŞ federal hökumətinin agenti olaraq geri qayıdır. Bu oyunda ona dini təriqət tərəfindən girov götürülmüş olan ABŞ prezidentinin qızı Eşli Qremi xilas etmək tapşırığı verilir. Oyunun yenidən hazırlanmış buraxılışlarında Leonun üz cizgiləri kimi ruminyalı model Eduard Badalutanın simasından istifadə edilmişdir.
İstinadlar
Kateqoriya:Videooyun personajları
Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Videooyunlarda uydurma gizli agentlər və cəsuslar Kateqoriya:Videooyun protaqonistləri Kateqoriya:Kişi videooyun personajları Kateqoriya:Uydurma bədheybət ovçuları