Həssənal Bolkiah və ya Həsənal Bolgiah (; ) — Bruney sultanı, Bruneyin baş naziri, müdafiə naziri və maliyyə naziri.

Sərvəti 2010-cu ildə Bruney sultanının şəxsi sərvəti 20 milyard dollar həcmində qiymətləndirilmişdir.

Onun 1984-cü ildə 400 milyon dollara tikilən sarayı 200.000 m2-lik ərazini əhatə edir və Nurul İman adlanır. 1788 otağı, 257 hamamı, 5,000 nəfərlik dövlət zalı, 1500 nəfərlik məscidi, 110 avtomobillik qarajı var. Bundan əlavə, sultanın sərəncamında daha üç saray mövcuddur.

Ailəsi İlk evliliyi 29 iyul 1965-ci ildə dayısı qızı Salehə ilə baş tutdu. Cütlüyün bu nikahdan 4 qızı və 2 oğlu dünyaya gəldi.

Rəşidə Səadətül Bolkiah (26 iyul 1969-) Mütəvəkkilə Həyatül Bolkiah (12 oktyabr 1971-) Əl-Möhtədi Billah (17 fevral 1974-) Məcidə Nurül Bolkiah (16 mart 1976-) Hafizə Sürurül Bolkiah (12 mart 1980-) Əbdülmalik (30 iyun 1983-),

İkinci evliliyi 28 oktyabr 1981-ci ildə Məryəm Əbdüləzizlə baş tutdu. Cütlüyün bu nikahdan 4 övladı doğulsa da, 2 fevral 2003-cü ildə boşandılar.

Əbdüləzim (29 iyul 1982 – 24 oktyabr 2020) Əzimə Nemətul Bolkiah (26 sentyabr 1984-) Fəzilə Lübəbül Bolkiah (23 avqust 1985-) Əbdülmətin (10 avqust 1991-)

Üçüncü evliliyi isə 2005-ci ilin avqustunda Əzrinaz Mazhar Hakimlə baş tutdu. Cütlüyün bu nikahdan 2 övladı dünyaya gəlsə də, 2010-cu ildə boşandılar.

Əbdülvəkil (1 iyun 2006-) Əmirə Vərdətül Bolkiah (28 yanvar 2008-)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Sultanlar